- 16 Aprel 2012

Yeni Balon Lift Kontrol – sümük idarə etmə sistemi: kliniki halın təsviri. Balon-dəstəkli sinusun dibinin qaldırılması – açıq sinus liftinqə alternativdirmi?

Şərh yoxdur »
Yeni Balon Lift Kontrol – sümük idarə etmə sistemi: kliniki halın təsviri. Balon-dəstəkli sinusun dibinin qaldırılması – açıq sinus liftinqə alternativdirmi?

Osteointeqrasiya konsepsiyasının hamı tərəfindən qəbul olunduğundan sonra dental implantologiya son 30 ildə təhlükəsiz və müvəffəqiyyətli müalicə növünə çevrildi. Lakin onun tətbiqini bəzən kifayət qədər sümük dəstəyi ol- maması məhdudlaşdırır. Stomatoloqların və pasiyentlərin funksional və estetik tələbləri artdıqca, dental implan- tologiyanın məqsədi sümük reqeneresiyası texnikalarını tətbiq etməklə daha optimal müalicə taktikasını seçmək olmuşdur. Üst çənənin arxa şöbələrində sinusun dibinin qaldırılması prosedurası vasitəsilə alveol darağının hün- dürlüyünün artırılması-şübhəsiz çeynəmə funksiyasının bərpası üçün çox vacibdir. Bu proseduranın əhəmiyyəti dəfələrlə sübut olunmuşdur və artıq 20 ildir ki adi müalicə prosedurası kimi istifadə olunur.

Dr. Volf-Maykl Bayeker (MSc)
Qottinqen, Almanya.

  • Giriş.

Sinusun dibinin auqmentasiyası iki üsulla həyata keçirilə bilər:

  1. 1986 ildə Tatum tərəfindən təsvir olunduğu kimi – klassik yanaşma ilə lateral pəncərədən;
  2. 1994 ildə Summers təklif etdiyi kimi-krestal girişlə.

Minimal invaziv yanaşma tələblərinə üstünlük versək, Summers təklif etdiyi sinusun dibinin qaldırılmasının bağlı üsulu (hardaki implantat yatağının özü giriş üçün istifadə olunur) daha məqsədəuyğundur. Buna baxmayaraq, bağlı sinusun dibinin qaldırılması üsulunun müəyyən çatışmazlıqları mövcuddur: kiçik sahədə osteotom və ya sümük hissəcikləri tərəfindən yaradılan bir yerə cəmləşmiş təzyiq Şneyder membranasını perforasiya edə bilər. Buna görə də, bu üsulla sinusun dibinin yalnız 3-5 mm təhlükəsiz qaldırılmaq mümkündür. Bu faktı nəzərə alaraq, ele bir konsepsiya təklif olunmuşdur ki, həm üst çənə sinusuna minimal invaziv, kontrol altında girişi təmin etsin, həm də lazım gələrsə (böyük sümük defektlərində) geniş sahədə Şneyder membranasını ehtiyyatla sümükdən aralayıb 10 mm qədər qaldırmağa imkan versin.Müdaxiləyə məruz qalan toxumalar və onların quruluşu barədə dərin biliklər bu cür yanaşmanı həyata keçirmək üçün çox vacibdir. Buna görə də təəcüblü deyil ki, aşağıda təsvir olunan yeni prosedura stomatologiya sahəsində ixtisaslaşmış anatom və histoloq Professor Klaus-Ulrich Benner tərəfindən işlənib hazırlanmışdır.Prof. Bennerin rəhbərliyi altında Münix şəhərindəki işçi qrupu,baş ofisi Almaniyanın qərbindəki Neus şəhərində yerləşən,ənənəvi stomatoloji və tibbi alətlər istehsalçısı olan Hager & Meisinger firması ilə birgə əməkdaşlıq nəticəsində yeni sümük idarə etmə sistemini-Balon Lift Kontrol (BLK) sistemini işləyib hazırladılar (Şək.1).

Şəkil1. Balon Lift (BLK) – yeni sümük idarə etmə sistemi.

  • Material və metodlar.

BLK osteotomu üç hissədən ibarətdir:

  • adaptasiya olan üçluqla istiqamətləndirici borucuq;
  • tənzimolunan zond;
  • balon kateter.

İmplantat yatağı BLK sisteminin xüsusi eşilmiş (twisted) burğusu ilə hazırlanır.Onun stopperi istiqamətləndirici borucuğa birləşdirilir və buda sinusun dibində 1 mm qalınlıqda qalıq sümüyü təmin edir (Şək.2). Sonra borucuğun ucu implantat yatağının ağzına söykənənə qədər sürüşdürülür və tənzimolunan abatmentlə adaptasiya olunur (Şək.3).

Şəkil 2. İmplantat yatağı BLK sisteminin xüsusi eşilmiş (twisted) burğusu ilə hazırlanır. Onun stopperi istiqamətləndirici borucuğa birləşdirilir və buda sinusun dibində 1 mm qalınlıqda qalıq sümüyü təmin edir.

Şəkil 3. Borucuğun ucu implantat yatağının ağzına söykənənə qədər sürüşdürülür və tənzimolunan abatmentlə adaptasiya olunur.

Zond 1 mm qalınlıqda qalıq sümüyü üçün nizamlanır və istiqamətləndirici borucuğun içinə yeridilir.Zondun dəstəyinə astaca vurmaqla üst çənə sinusunun kortikal qatının kontrol altında sınmasına nail olunur və bu an zond istiqamətləndirici borucuğun ucundan yalnız əvvəlcədən seçilmiş uzunluqda çıxa bilər (Şək.4). Bu Şneyder membranasının cırılmasının qarşısını almağa imkan verir. Müxtəlif diametrli, 2 ədəd bir-birindən maksimum 3 ml rentgenkontrast (Ultravist 300) və ya 0,9% fizioloji məhlulla şpris vasitəsilə ehtiyyatla doldurulur. Subantral boşluğa bu cür (üfürülmə)yeridilmə ən azı 5 dəfə təkrar olunmalıdır. Geriyə axan mayenin miqdarı tədricən artdıqca şprisin porşenində müqavimət hissi azaldıqca membranda tədricən aralanıb yuxarı qalxır (Şək.5). Balon boşalandan sonra borucuğun içindən çıxarılır. Əmələ gələn boşluğa autogen sümük və sümük əvəzedici materialların qarışığı doldurulur (Şək.6). Auqmentasiyanın həcmi sinusa yeridilən mayenin həcmi üstəğəl 20%-dir.

Şəkil 4. Zond istiqamətləndirici borucuğun ucundan yalnız əvvəlcədən seçilmiş uzunluqda çıxa bilər.

Şəkil 5. Balon kateteri ventilyasiya olunur və maksimum 3 ml rentgenkontrast və ya 0.9% fizioloji məhlulla şpris vasitəsilə ehtiyyatla doldurulur.

Şəkil 6. Əmələ gələn boşluğa autogen sümük və sümük əvəzedici materialların qarışığı doldurulur.

  • Problem.

Bundan əvvəlki məruzələrdə BLK sisteminin tam dişsiz çənələrdə və ya iki mərhələli yanaşmada istifadə etməklə dişsiz distal şöbələrdə tətbiqi təsvir olunmuşdur. Biz isə BLK sistemini minimal invaziv prosedura kimi tək dişsiz sahələrdə, eyni zamanda implantat və ya implantatlar yerləşdirmək üçün tətbiq etmək istədik. Ədəbiyyatda BLK sistemi ilə sinus dibinin yalnız 10 mm qaldırılması təsvir olunmuşdur. Biz isə sinus dibini 15 mm qaldırmağa nail olduq və 14 mm uzunluqda implantat yerləşdirdik. Biz yalnız qalıq sümük hündürlüyü 4-5 mm olan kliniki halları müalicə etdik. Biz yaxşı bilirdik ki, 10 mm-lik implantatı yerləşdirmək tam kifayətdir, yalnız biz uzun implantatlar yerləşdirdikdə bu sistemin limitini müəyyənləşdirmək istədik və bilmək istədik ki, əvvəllər açıq sinus liftinq qaçılmaz olan kliniki hallarda bu system müalicə alternativi kimi ola bilər yoxsa yox.

  • Kliniki hal.

Pasiyent 1-J.S., 39 yaşda kişi, yodla əlaqəli əks göstərişləri yoxdur. Pasiyentin 25 diş nahiyəsində boşluq var idi və qalıq sümük hündürlüyü 4 mm idi. Sinus dibi 15 mm qaldırılmalı, 3,8 mm diametrdə implantat yatağı hazırlanmalı və 4,5 mm diametrli,uzunluğu 14 mm Ankylos implantatı yerləşdirilməli idi (Şək.7). Əməliyyat sahəsi az olduğundan BLK sisteminin stopperi cərrahı şablona adaptasiya olunmuşdur. (Şək.8). Sistemin spesifik implantat burğusunun sümüyə girmə dərinliyi stopperin burğu üzərindəki müvafiq dərinlik ölçülərin üstünə qoymaqla nizamlanır. Əvvəlcədən bilərək ki sinus dibinin qalıq sümük hündürlüyü 1 mm-dir, implantat yatağı 3.8 mm-lik eşilmiş burğu vasitəsilə,irriqasiyasız, 30 dövr/dəq sürətlə burğulandı. Bu zaman auqmentasiya üçün autogen sümük toxuması əldə edildi (Şək.9). İstiqamətləndirici borucuqlar implantat yatağının üstünə qoyuldu və qonşu dişlərə abatmentin köməyi ilə kipləşdirildi (Şək.10).

Şəkil 7. Sinusun dibi 15 mm qaldırılır.

Şəkil 8. Əməliyyat sahəsi az olduğundan BLK sistemini stopper cərrahi şablona adaptasiya olunmuşdur.

Şəkil 9. İmplantat yatağı 3.8 mm-lik eşilmiş burğu vasitəsilə, irriqasiyasız burğulandı. Bu zaman auqmentasiya üçün autogen sümük toxuması əldə edildi.

Şəkil 10. İstiqamətləndirici borucuqlar implantat yatağının üstünə qoyuldu və qonşu dişlərə abatmentin köməyi ilə fiksasiya olundu.

Mövcud qalıq sümük hündürlüyünə nizamlanan zond borucuğun içinə keçirildi, implantat yatağının dibinə qədər yeridildi və ehtiyyatla çəkic ilə vuraraq əlavə 1 mm irəli yeridildi. Ucu yumru zond ilə sümüyün sınması yoxlanıldı. Balon kateter borucuğun içinə yeridildi və qatı rentgenkontrast maye ehtiyyatla onun içinə yeridildi. Balonun cırılmaması üçün əvvəlcə yalnız 0.5 ml maye yeridilir. Bu qayda ilə sinusun dibi yüngülcə qaldırıldıqdan sonra, borucuq çıxarıldı və balon yeni yaradılmış subantral boşluğa birbaşa implantat yatağından yeridildi. Balon doldurma prosesi 2 ml yarananadək beş dəfəyə qədər təkrarlandı (Şək.11 və 12). Burunu tutub üfürmə testi Şneyder membranasının intakt olduğunu göstərdi. Endoskopik müayinə sinus membranasının intakt olduğunu təsdiqlədi. Bu zaman damar qatının müşahidəsi göstərdi ki, qan damarları tam intakt və funksionaldır. İmplantat yatağından və üst çənə qabarcığı (tuber maxillae) nahiyəsindən alınmış autogen sümük, dənərciklərinin ölçüləri 0.7-1.4 mm olan “chronOS” adlı sümük əvəzedici materialla 3: 7 nisbətində qarışdırıldı. Sümük şprisi və sümük pakeri (daşıyıcısı) istifadə etməklə, yeni yaradılmış subantral boşluq auqmentasiya materialı ilə tez və etibarlı dolduruldu. Sonra diametri 4.5 mm, uzunluğu isə 14 mm olan Ankylos implantatı yerləşdirildi. Bu proseduradan dərhal sonra çəkilən rentgenoqramma sinus dibini 15 mm-dən artıq qaldırdığını göstərdi. Aydın görünürdü ki, auqmentasiya materialı təbii sümüklə təmasdadır. Ertəsi gün pasiyentdə xoşagəlməz hallar müşahidə olunmadı. Yaranın sağalma prosesində ağırlaşmalar olmadı.

Şəkil 11. Sinusun dibi yüngülcə qaldırıldıqdan sonra borucuq çıxarılır və balon yeni yaradılmış subantral boşluğa birbaşa implantat yatağından yeridilir.

Şəkil 12. Balon doldurma prosesi 2 ml yeridilənədək beş dəfəyə qədər təkrarlanır.

  • Müzakirə.

BLK sistemi kliniki praktikada 100 dən artıq kliniki hallarda müvəffəqiyyətlə tətbiq olunub. Erkən məruzələrə əks olaraq, biz tək dişsiz sahələrin reabilitasiyasında maraqlı idik. Əlavə olaraq, biz sinus dibinin 15 mm-dən artıq qaldırılmasına və eyni zamanda implantat yerləşdirilməsinə müvəffəq olduq. Bizim kliniki hallarda qalıq sümük hündürlüyü yalnız 4-5 mm idi və bu da o deməkdir ki, ənənəvi Summers texnikası tətbiq olunsaydı 14 mm uzunluğunda implantatın eyni zamanda yerləşdirilməsi mümkün olmazdı. Çıxış yolu yalnız Tatum təklif etdiyi açıq sinus liftinq prosedurası ola bilərdi. BLK sistemi bizə minimal invaziyanın, az ağırlaşmanın və kifayət qədər vertikal sümük hündürlüyü əmələ gəlməsinin ideal kombinasiyasını təklif edir. Əlavə olaraq, damar və retikulyar (torabənzər) qatlar intakt qalır, hansılarki auqmentasiya olunan toxumanın sonrakı vaskulyarizasiyası üçün əsas tələblərdən biridir. Lakin razılaşmaq lazımdır ki, balonun iti uclu forması müəyyən dərəcədə perforasiya riski daşıyır. Bu əsasən o hallarda baş verir ki, balon istiqamətləndirici borucuqsuz yeridilir və endoskopda aydın göründüyü kimi, onun (balonun) ucu sınmış sümüyün fraqmentləri arasına girib membranaya təzyiq edir. Güman edilir ki, balonun modifikasiya olunmuş forması və ya texnikanın modifikasiya olunmasi bu proseduranın istifadəsini daha təhlükəsiz edə bilər. Bu texnika üçün heç bir balonsuz, yalnız qatı mayelərin istifadə edilməsinin tədqiqatlara ehtiyyacı var, necəki balon cırılması hallarında müşahidə olunduğu kimi. Kliniki hallarımızın hər hansı birində Şneyder membranası cırılmasada, biz endoskopik kontrolu tövsiyyə edirik. Xarici diametri 3.5-3.8 mm olan borucuqlardan istifadə etməklə eyni zamanda standart implantatlar yerləşdirmək olar.

[pro-player width=’530′ height=’299′ type=’video’]http://www.youtube.com/watch?v=PBdCQ4aFFY0[/pro-player]

Şərh yazın

Daha öncə qeydiyyatdan keçdiysəniz, zəhmət olmasa hesabınıza GİRİN ki, hər zamanki kimi şərhləri öz adınızdan yaza biləsiniz. GİRİŞ üçün mütləq qeydiyyatdan keçmək şərt deyil - bunu Facebook, Twitter, Google, Yahoo, OpenID və WordPress hesablarınız vasitəsiylə də edə bilərsiniz.
Əğər bu sistemlərdə hesabınız yoxdursa, QEYDİYYATdan keçərək saytın bütün imkanlarından daha rahat istifadə edə bilərsiniz. Həmçinin yazı əlavə edə bilərsiniz və müzakirələrdə başqalarının sizin istifadəçi adınızdan (nickname) yazmağın qarşısını alarsınız.

  • Şərhi göndərməkdən əvvəl, QAYDALAR-la tanış olmağınızı məsləhət görürük.



Upload Files

Şərhlərinizə şəkil və müxtəlif növ fayllar əlavə edə bilərsiniz.