- 9 June 2012

Gənc pasiyentin üst çənəsində implantat-dayaqlı tək-vahid qapaq

14 şərh var »
Gənc pasiyentin üst çənəsində implantat-dayaqlı tək-vahid qapaq

Kliniki nöqteyi nəzərdən, kliniki müvəffəqiyyət – pasiyentlərimizə ən münasib müalicə təklif etmək deməkdir. Biz ilk növbədə pasiyenti məlumatlandırmalı və motivasiya etməli, sonra münasib profilaktik tədbirlər görməli və sonunda pasiyentin bioloji, funksional və estetik problemlərini həll etmək üçün uyğun terapevtik tədbirləri öyrənməliyik.

Piero Dell’Acqua, periodontologist & dental surgeon
Mauro Broseghini, prostodontist
Cristiano Broseghini, dental technician
Venezia, Italy.

  • Giriş

Biz gündəlik kliniki praktikamızda ən müansib müalicə üsulu üçün bu tələb eynilə hər bir pasiyentə tətbiq olunur. Bu qaydaya əməl edəndən bizim işin keyfiyyəti zamanla xeyli artdı. Biz həmçinin onuda bilirik ki, işlənib hazırlanmış terapevtik sxem hər bir kliniki hal üçün ümumi tövsiyə ola bilməz. Hər bir müalicə planı fərdi pasiyentin ehtiyaclarına görə adaptasiya olunmalıdır. Bir spesifik kliniki halda əldə edilən uğurlu nəticə başqa kliniki halda alınmaya bilər. Bu halda biz uğurlu nəticə əldə etmək üçün nə etməliyik? Bizim fikrimizcə, kliniki halların hesabatı və ardınca aparılan dərin teoretik müzakirələr ilkin şərtdir. Bindan əlavə, bioloji və elmi phenomenlərin dərin biliyi tələb olunur. Sonunda mükəmməl nəticəyə nail olmaq üçün biz əldə etdiyimiz yeni bilikləri güçlü iradə ilə tətbiq etməliyik. Keyfiyyətə nəzarət stomatoloqun əsas vəzifələrındən biri olmasına baxmayaraq, hiss olunur ki, bəzi stomatoloqlar buna qarşı etinasızlıq nümayiş etdirirlər. Keyfiyyətə nəzarət və onu izləmək müəyyən dərəcədə yetkinlik və özünə inam tələb edir. Onlar həmçinin müalicəni davam etdirmək və müalicə planını dəyişdirmək lazım gələrsə həqiqətin üzünə dik baxmaq üçün cəsarət tələb edir. Bizim sahədə, professional və elmi yanaşma uğur qazanmaq üçün yeganə yoldur və bu yanaşma kompromisə getmir. Bir şeyi də özümüz üçün qeyd etməliyik, nə qədər tez mümkündürsə: Həqiqi müvəffəqiyyət briqada şəklində işi tələb edir.

  • Problem və Müalicə

Gənc qız pasiyent (9 yaş) üst sağ çənə mərkəzi dişin ağırlaşmış tac və açıq apeksli kök sınığı və həmçinin ortodontik problemlər ilə müraciət etmişdir.

Çeynəmə funksiyasını bərpa etmək üçün ortodontik müalicə kursu aparmaq zəruriyyəti var idi. Əlavə olaraq, üst sağ mərkəzi kəsici dişin ətrafındakı sümük və yumşaq toxumalar ekstruziya vasitəsilə regenerasiya olunma iqtidarında idilər. Ortopedik komponent – CeraOne abatmenti üzərində implantat-dayaqlı tək-vahid qapaq oldu.

Şəkil 1. Doqquz yaşlı pasiyentin üst sağ mərkəzi dişinin tacının iki yerdən və açıq apeksil kökünün ağırlaşmış sınığı. Dişin tacının fraqmentləri çəkildikdən və pulpotomiyadan sonra diş kompozit materialla rekonstruksiya olunmuşdur.

Şəkil 2. İlkin vəziyyət, yandan görünüş. Aydın bilinən "overbit".

Şəkil 3. Ortodontik müalicədən qabaq çəkilmiş ortopantomoqramma.

Şəkil 4. Sefalometriya pasiyentin "Anql sinifi II" diaqnozunu aşkarlayır. Alt çənənin retruziyası, üst və alt kəsici dişlərin aydın bilinən vestibulyar istiqamətdə yerdəyişməsi müşahidə olunur.

Şəkil 5-7. İndi 16 yaşı olan pasiyentin diş sırasının okkluziya vəziyyətində öndən və yandan görünüşü. Pasiyentin 12 yaşlı olanda Frenkel aparatı ilə funksional ortodontik müalicə başa çatmışdır. Köpək dişlərin və arxa dişlərin interkuspidasiyası "Anql sinifi 1-ə" uyğun idi.

Şəkil 8. 11 dişin post-travmik prolapsı nəticəsində estetik problem yaranmışdır. Pasiyentlə birgə qərara gəlinmişdir ki, dişin qalıq fraqmenti çıxarılsın və implantat-dəstəkli tək vahid qapala əvəz olunsun. Vestibulyar diş ətlərinin auqmentasiyası tələb olunduğundan bunu ortodontik ekstruziya vasitəsilə həyata keçirmək qərarına gəldik.

Şəkil 9. Periapikal rentgenoqramma kök sınığı və pulpotomiyadan sonrakı dentin körpüsünü göstərir.

Şəkil 10. Ortodontik müalicə mərhələsində çəkilən periapikal rentgenoqramma.

Şəkil 11. 11 dişin eksruziyasının nəticəsi.

Şəkil 12. 11 dişin kökünün çıxarılması:alveol yuvasının vestibulyar divarının aydın görünən defisiti.

Şəkil 13. 11 dişin çəkilməsindən altı ay sonra, bu yuvaya implantat yerləşdiriləcək. Alveol yuvasının vestibulyar divarının defisiti müşahidə olunur.

Şəkil 14. İmplantat yatağının dərinliyini və istiqamətini yoxlamaq üçün əməliyyatdaxili çəkilmiş rentgenoqramma.

Şəkil 15. İmplantatın 21 dişin sement-mina birləşməsi səviyyəsindən təxminən 3 mm yuxarı yerləşdirilməsi. Sümük defisitinə görə implantatın 8 yivi açıq qalıb.

Şəkil 16. Sümük defisiti autogen sümük materialı ilə örtürülür. Autogen sümük implantatın yatağının hazırlanması zamanı vacuum aspirator sisteminə birləşdirilmiş xüsusi sümük yığan (bone collector) ucluq vasitəsilə əldə edilmişdir.

Şəkil 17. Sorulmayan PTFE membrananın qoyulması və əlavə stabillik üçün onun kiçik pinlərlə fiksasiyası. Bu sümük defisitini örtməyə şərait yaradır.

Şəkil 18. Protezlənmə mərhələsində toxumaların vəziyyəti. Müvəqqəti restavrasiya qövs şəkilli sim vasitəsilə öz yerində dayanmışdır və o sim də öz növbəsində 12, 21 və 22 dişlərə birləşdirilmişdir.

Şəkil 19. Membran və pinləri çıxartmaq məqsədilə vestibulyar dilimin açılması.

Şəkil 20 və 21. Müdaxilə sahəsininokkluzial və vestibulyar görünüşləri. İlkin açıq qalan 8 yivin üstünün örtülməsi müşahidə olunur.

Şəkil 22. Sağaldıcı abatmentin birləşdirilməsi.

Şəkil 23. CeraOne abatmentinin birləşdirilməsi.

Şəkil 24. Diş ətini formalaşdırmaq məqsədilə müvəqqəti qapağın sementlənməsi.

Şəkil 25. Yaxşı formalaşmış peri-implantat yumşaq toxumaları.

Şəkil 26. Ölçü götürmə mərhələləri: CeraOne transferinin birləşdirilməsi.

Şəkil 27. Transfer ölçünün içində.

Şəkil 28. Müvəqqəti elementin və restavrasiya komponentlərinin ölçülərinin müəyyənləşdirilməsi.

Şəkil 29. Hətta bu modelləşdirmə mərhələsində aydın olur ki, əldə edilmiş ölçü diş texnikinə təbii dişin anatomiyasına uyğun qapaq hazırlanmasına imkan verir.

Şəkil 30. Cavan insanların dişlərinə bənzəyən kəsicidişi: onun çalarları, calılığı və əlbətdə ki forması inandırıcı olmalıdır. Qat-qat çəkilmə texnikası ilk bişirmədən bütün çalar xarakteristikalarını özünə daxil etməlidir.

Şəkil 31. Monoxrom (birrəngli) qar çəkiləndə səthin strukturası çox önəmlidir.

Şəkil 32. Hamarlayıb parıldatdıqdan sonra.

Şəkil 33. Birləşdirilmiş qapağın rentgenolojı yoxlanması.

Şəkil 34. Qapaq ağız boşluğuna yaxşı inteqrasiya olur.

Şəkil 35. Gənc pasiyentin təbəssümü.

Şəkil 36. Parıldatmazdan əvvəl təbii dişlər (hava ilə yüngülcə qurudulmuş) nəzərdən keçirildi. Parıldatmaq üçün böyük və kiçik dənərli və müxtəlif nəmlik dərəcəli pemza istifadə olunmuşdur. Tək-vahid qapağın aydın bildirilmiş tutqun (mat) səthi qonşu təbii dişlərin rəng parametrlərinə uyğun gəlir.

Şəkil 37. Dodaqlar ağız suyunu dişlərin səthinə qaytaranda süni tac və təbii dişlər öz canlılığını və çalarlarını bərpa edirlər.

14 şərh var

  1. esya10 November 2012 at 19:05 - Cavab yaz

    Menim qizimda dis eyriliyi problemi var ve men cox narahatam. Deyirler plastikle duzeldirler. Bilmek isterdim bu usulda ne ozellik ve ferq var breketle.

  2. gulzar1 February 2013 at 21:21 - Cavab yaz

    salam doc.menim 21 yasım ön dişimin birinde arxaya dogru əyriliy var.men bilmek istiyirdim ki,hemin disimi cixarib yerine implant dis qoysaniz bu neceye basa geler ve cixarilmis disin yeri maxsimum neçe müddətətə sagalır.əvvəlcədən cox sagolun.

    • Gülzar xanım,
      Diş əyriliyinin düzəldilməsi üçün ilk öncə ortodontik müalicəni məsləhət görürük. Əks hallarda bu kifayət edir və istənilən nəticə əldə edilir. Bundan başqa daha az zərər verici metodlardan istifadə oluna bilər (misal üçün qapaqlar vasitəsiylə). Əyri dişin çıxarılıb implan ilə əvəz olunması metoduna üstünlük verilmir.

  3. zulfiyy21 July 2013 at 01:39 - Cavab yaz

    salam Ferid bey menim diwlerimin demek olarki hamisi xarabdi coxu cekilibdi ustede qapaq baglama diw duzeltdirmisem artiq altdaki dis kotuklerim qapaqi saxlamir mene ne meslehet gorursuz sizce bunlarin hamisini cixarib inpilant edim yoxsa ne edim inpilant etsem butun agzimi nece dis olmalidir 32 yoxsa az ve disin biri neciye basa gelir ve zehmet olmazsa elaqe nomrenizi yazasiniz evvelceden tesekkurumu bildirirem

    • Zülfiyyə xanım,
      Müalicə planı dəqiq diaqnoz, müayinə və radiyolojik tədqiqlərdən sonra dəqiqləşdirilir. Yani ağız boşluğunuzdaki konkret vəziyyəti bilmədən, dişlərin, dişətlərinin və ümumiyyətlə ağız toxumalarının vəziyyətini nəzərə almadan sizə nə isə məsləhət görə bilmərik.

  4. Ni at9 February 2014 at 22:14 - Cavab yaz

    salam menim qabaqdaki ust boyuk bislerimnen biri yoxdu onun yerine implant neciye basa geler?

  5. Ali2 June 2014 at 12:08 - Cavab yaz

    Salam doctor.
    Tam agiz implanti ne qedere basa geler. Zehmet olmasa deyerdiniz.

  6. Elvin27 December 2014 at 23:26 - Cavab yaz

    Salam.
    Menim on diwlerimnen biri onde digeri geridedir. Bawqa bir Doktor blobnan maksimum qabaga gelene qeder duzeldib lakin yenede bir az geridedir ve bir birinen ferqlenir diwlerim. Breket qoydurmaq istemirem. Xaiw edirem komeklik gostereseniz – nece duzeltmey olar? Birdeki qiymetleri serfelidir?

    • Elvin bəy, bu növ qüsurları ortodontik müalicə üsullarıyla (breketlərlə) düzəltmək mümkündür. Ancaq problemi və düzəldilmə metodunu dəqiqləşdirmək üçün mütləq rentqen və həkim müayinəsinə ehtiyac var. Doktor Zaur Zeynalova meraciət etməyi məsləhət görürük – http://www.ortodont.az

  7. cavansir21 February 2016 at 03:40 - Cavab yaz

    Salam dokdor bir dis ekmek neciye basa geler ?

    • Salam.
      Hal-hazırda implantasiya (zirkon qapaq daxil) 1300-1700 AZN-dır. Amma bir müddət sonra bu qiymətlərdə artmaqa doğru bir dəyişiklik olacaq.

Şərh yazın

Daha öncə qeydiyyatdan keçdiysəniz, zəhmət olmasa hesabınıza GİRİN ki, hər zamanki kimi şərhləri öz adınızdan yaza biləsiniz. GİRİŞ üçün mütləq qeydiyyatdan keçmək şərt deyil - bunu Facebook, Twitter, Google, Yahoo, OpenID və WordPress hesablarınız vasitəsiylə də edə bilərsiniz.
Əğər bu sistemlərdə hesabınız yoxdursa, QEYDİYYATdan keçərək saytın bütün imkanlarından daha rahat istifadə edə bilərsiniz. Həmçinin yazı əlavə edə bilərsiniz və müzakirələrdə başqalarının sizin istifadəçi adınızdan (nickname) yazmağın qarşısını alarsınız.

  • Şərhi göndərməkdən əvvəl, QAYDALAR-la tanış olmağınızı məsləhət görürük.



Upload Files

Şərhlərinizə şəkil və müxtəlif növ fayllar əlavə edə bilərsiniz.