11 dekabr 2011 il tarixində Dental İmplant Tədris Mərkəzində keçirilən Azəri Ortodontlar Dərnəyinin 7-cı Elmi-Praktiki Seminarında t.e.n. Dr. Həsən Əsədov tərəfindən təqdim olunan çıxışın video yazısı.
[pro-player width=’600′ height=’437′ type=’video’]http://www.youtube.com/watch?v=pwAX_sSO37w[/pro-player]
Size bi sual vermek isterdim ki, uz cene emeliyati neceye basa gelir?
Əməliyyatın növünə görə qiymətlər müxtəlif ola bilər. Dəqiq məlumat almaq üçün Dr. Əsədova müraciət edib, müayinədən keçmək lazımdır.
Dr.Hesen Esedov hansi xestexanada isleyir?
Dr. Həsən Əsədov Tibb Universitetinin üz-çənə cərrahiyəsi kafedrasında işləyir.
adres yaza bilersiz?zehnmet deyilse.
Bütün əlaqə məlumatı http://www.stomatoloq.az saytında var.
Salam Ferid bey.sizden bir melumat almaq isterdim.Menim uzumun bir terefi o biri terefinden ferqlenir.bir hisse kok o biri hisse ariqdi. nerimanovda stomatoloji merkezde panaram sekilis edildi ve hekim dediki sizde oynaq suruskenliyi var.ve men tok mualicesi yazdi. diger bir hekim ise breket taxmagimi dedi.bilmirem ne edim. bunu cox komplek edirem.Sizde bir meslehet verseniz minnetdar olardim.Onceden tesekkurler.
Ləman xanım, konkret vəziyyətini görmədən nə isə demək mümkün deyil. Mütləq müayinə, rentqen və ya 3D tomoqrafiya olunmalıdır. Ancaq bundan sonra müalicənin növü haqqında dəqiq məlumat verə bilərik.
leman xanim nece oldu uzunuzdeki prablem
Salam məndə də Ləman xanimdaki problemdən var bir neçə ildir artiq hal-hazirda dişlərimdə breket var amma bilmirəm bu problem breketlə keçəcək ya yox.Bu problem əməliyyatla keçməsi mümkündür?
Əlbəttə çox böyük narahatçiliq yaşayiram. Xahiş Fərid bəy şərhimi cavablayin
Arzu xanım, belə bir kompleks problem ilk öncə dəqiq diaqnostika tələb edir. Konkret problemi görmədən, rentqen olunmadan sizə heçnə məsləhət görə bilməyəcəyik. Müayinədən keçmək lazımdır. Ancaq bundan sonra müalicə metodikaları haqqında məlumat verə bilərik.
salam.ferid bey.qohumumuzda prablem var sizle nece elaqe saxliya bileriy
Aynurə xanım, bütün əlaqə məlumatı http://www.stomatoloq.az saytında var.
salamşcene emeliyyati konkret qiymeti yeni en son qiymeti ne qederdi
Ilahə xanım, çənəyə müxtəlif növ əməliyyatlar tədbiq olunur. Bunlar çox fərqlənir və çənədə olan problemdən asılıdır. Bunun üçün də konkret qiymət ancaq müayinə və rentqendən sonra dəqiqləşdirilə bilər.
Salam bu emeliyyat cox agrili olur narkozla olur?
Nigar xanım, bəli bu növ əməliyatlar narkozla olunur. Əməliyyat zamanı ağrı qətiyyən hiss olunmur. Amma təbii ki əməliyyatdan sonra müəyyən narahatçılıq olur.
Menim alt cene ust cenemden boyukdu.mene emeliyyat nece yawinda duwur.ve neceye duwecek mene?
Nuru bəy, dişlərin ilkin vəziyyətini görmədən heçnə deyə bilmərik.
Salam doktor menim alt cenem biraz uzundu emeliyatsiz duzeltmek olar?
İranə xanım, bəzi hallarda belə qüsurları ortodontik müalicə üsullarıyla (breketlərlə) düzəltmək mümkündür. Ancaq problemi və düzəldilmə metodunu dəqiqləşdirmək üçün mütləq rentqen və həkim müayinəsinə ehtiyac var.
Salam . mende uzun muddetdi bogaz nahiyyesinde dil alti kista var son vaxtlar onun boyumesi hiss olunur. Onu cerrahi emelliyyatla goturmek olarmi? ses tellerinin zedelenmesinden ehtiyat edirem. 52 yashim var.Xahish edirem cavab yazasiniz. Teshekkur edirem.
Kemalə xanım, bu problemlə əlaqəli mütləq rentqen (bəzi hallarda 3D tomoqrafiya) edərək bizim uzman üz-çənə cərrahımıza müraciət etməyi məsləhət görürük. Xroniki kistlər ciddi yanaşma tələb edir.
Salam hekim menim alt cenem ust cenemden qabagadi. 23 yasim var bunu emeliyyat etmek olarmi yada aparat taxmaq.edilse ne qeder muddet lazimdi.ve bunun ne kimi fesadlari ola biler?
Ayna xanım, ilk öncə ortodonta müraciət etmək lazımdır. Ancaq ortodontun müayinəsi və rentqendən sonra əməliyyata ehtiyyac olub-olmadığı dəqiqləşəcək.
Salam çene emeliyyatının qiymetini deyin zehmet olmsa
Günel xanım, əməliyyatlar müxtəlif növ, həcim və cətinliklərdə olur. Bunun üçün də qiymətlər 3 min – 10 min manat arasında dəyişir.
salam Ferid bey mende de alt cene ust ceneden uzun ve ondedi, 24 yasim var bilmek olar bu yasda emeliyyat dusur yoxsa yox , ve mualicesi ne qeder gedir emeliyyatdan once, cavab vereydiz cox memnun olardim
Altay bəy, müayinə olmadan, rentqen çəkilmədən əməliyyat haqqında və ümumiyyətlə müalicə üçün nə etmək olduğu haqqında heç bir məlumat vermək mümkün deyil.
Salam Fərid bəy.Məndə əvvəl üst damağda olan dişlərim (xalq arasında dovşan dişləri olan.ən qabağdakı iki diş) alt çənədəki dişlərdən arxada idi.Sonra breket taxdırdım.İki dişim düzəldi ama üst damağım arxada olduğu üçün alt çənəm pis görünür.Mənə əməliyyat lazımdı yoxsa yenə damaq üçün breketlər var?
Şəhriyar bəy, müalicə metodunuzu ancaq ortodont müayinəsi və rentqendən sonra təyin etmək olar.
Menim 25yasim var.cene sumuklerimde defarmasiya var.mualice muddeti ne qederdi?
Günel xanım, müalicənin müddəti deformasiyanın növündən və dərəcəsindən asılıdır. Müayinə və rentqen olmadan məlumat vermək mümkün deyil.
Salam hekim men uwaq vaxtdi yixilmiwam gozumun alti kesilib indide ne qeder hekime getdim hec bir xeyri olmadi yaz aylarinda hemiwe sepir indide uje 2il olacaq cox qawinir istilik verir qizarir her cur hekime getdim uz cene cerrahi,deri hekimi,bir coxlari muailece yazdi hec bir xeyri olmadi((((
Salam Ferid bey Dr. Esedov hansı xestexanada olur? Qebuluna nece duşe bilerik?
Sema xanim Hesen esedovu deyirsiz?
Beli gunel xanım
Respublika klinik xestexanada
Elaqe nom:(050) (055)-330-10-71
Menede bunu verdiler ama hele getmemiwem onu biliremki nomresi ve iwlediyi yer Allah haminin wefasin versin
Buyurun Sena xanim bu arada 8mart xanimlar bayramin mubarek olsun
Sema
Çox sağ olunn Gunel xanım sizle bahem
Salam, doktor Hesen rinoplastika emeliyyatini da heyata kechirir?
Salam menim uzumun bir terefi kok bir terefi arigdi wekilde daha cox bilinir bide agzimi acanda cenemnen ses gelir emeliyyat lazimdi?
Salam, Leyla xanım.
Dişlərin konkret vəziyyətini görmədən nə isə demək mümkün deyil. Mütləq müayinə və rentqen olunmalıdır. Ancaq bundan sonra müalicəyə ehtiyac olub olmadığı haqqında dəqiq məlumat verə bilərik.
Salam həkim.Mən 19 yaşındayam və çənəmdə az əyrilik hiss eliyirəm.Əsnəyərkən,ağzımı tam açarkən səs gəlir.Gülərkən azca yana əyilmə hiss eliyirəm.Çənə oynağimda problem var məncə.Belə problem nece aradan qaldırılar.Hələ ki az problemim var.Cavab yazsanız sevinərəm
Salam.
Çənə oynağlarınızı mütləq müayinə ve rentgen etmək lazımdır. Ancaq bundan sonra problemin nə olduğunu və nə etmək lazım olduğunu dəqiq demək mümkündür.
Zəhmət olmasa, qəbula gəlməkdən bir neçə gün əvvəl +99412 4410060 nömrəsinə zəng vuraraq qeydiyyatdan keçin.
Salam.
Menim oglumun 10 yawi var atl cene eyridi yeni dis disin uste oturmur alt cene qabagidi emisindede var bilmek isterdim emeliyat lazimdi bu vezyetde usaga yoxsa bawqa bir uslub var
Salam.
Bu yaşda ortodontik müalicə (breketlər) ilə əksər çənə əyriliklərini düzəldmək mümkündür. Ortdont Zaur Zeynalova – http://www.ortodont.az – müraciət etməyinizi məsləhət görürük.
salam hekim menim çənəmdə bir az ağrılar var və ağzımı açanda səs gəlir,çənəmin azca sağ tərəfi yuxarda sol tərəfi azca aşağıdadır,diş çıxarılmasından sonra bele oldu deyəsən.Bu kimi problemlerde əməliyyat lazımdırmı?əməliyyat lazım olmasa əl ilə yerinə salmaq mümkündür mü sürüşməni? Hansı həkimə müraciət etməliyəm?
birdə gülərkən ağzımı çox açanda yana əyilmə var.cavablandırsanız sevinərəm
Çenə oynaqlarındaki problemlər ilə əlaqəli bizə müraciət edə bilərsiniz. Mütləq müayinə ve rentgen olunmalıdır.
Bütün əlaqə məlumatı http://www.stomatoloq.az saytında var.
çox təşəkkür edirəm cavablandırdığınız üçün,çənə oynağındakı belə problemlər nece üsullarla düzəldilir?əməliyyat lazim olmasa?breketlerden istifadə ilə duzəlirmi?
Çənə oynaqlarındaki problemlər, konkret diaqnozdan asılı olaraq müxtəlif üsullar ilə müalicə olunur. Bəzi nadir hallarda ortodontik müalicə (breketlər) sadəcə köməkçi vasitə olaraq istifadə oluna bilər. Bəzi nadir hallarda isə cərrahi müdaxiləyə ehtiyac ola bilər. Dişlərin və oynaqların konkret vəziyyətini görmədən nə isə demək mümkün deyil. Mütləq müayinə və rentqen olunmalıdır. Ancaq ondan sonra problemin nə olduğu dəqiqləşdiriləcək və məhz buna uyğun müalicə təyin olunacaq.