- 24 Noyabr 2011

Az İİB geniş proqramlı implantoloji kursları

Şərh yoxdur »
Az İİB geniş proqramlı implantoloji kursları

1 dekabr 2011-ci il tarixindən etibarən Azərbaycan İmplantoloq İctimai Birliyinin 2 aylıq geniş proqramlı implantoloji kursları başlayır. Kursun proqramı ən son müasir metodlardan tutmuş bütün implantologiyanı əhatə edir.
Kursun keçirildiyi məkan İmplantoloq İctimai Birliyinin Tədris Mərkəzidir (Səməd Vurğun 88).

Saat 8:00 – dan 9:30-dək davam edəcək mühazirələr aşağıdakı implantoloqlar tərəfindən aparılacaq:

  • Cabbar Həsənov
  • Vidadi Quliyev
  • Rüfət Hüseynli
  • Eldar Novruzov

Təcrübi məşğələlər hər lektorun öz klinikasında keçiriləcək. Məşğələlərdə assistentlik etmək imkanı da vardır.

Ödəniş:
həkimlər üçün 500 AZN, tələbələr üçün ( IV – V kurs ) isə 400 AZN təşkil edir.
Qeydiyyatdan keçmək istəyənlər, müvafiq olaraq, diplom və ya tələbə biletini ödənişlə birlikdə təqdim etməlidirlər. Kursu bitirənlər sertifikatla təmin olunurlar.

Əlaqə:
Az İİB-nin icraçı direktoru Gülnar Məmmədova
(51) 535 46 26
info@caspident.az

Şərh yazın

Daha öncə qeydiyyatdan keçdiysəniz, zəhmət olmasa hesabınıza GİRİN ki, hər zamanki kimi şərhləri öz adınızdan yaza biləsiniz. GİRİŞ üçün mütləq qeydiyyatdan keçmək şərt deyil - bunu Facebook, Twitter, Google, Yahoo, OpenID və WordPress hesablarınız vasitəsiylə də edə bilərsiniz.
Əğər bu sistemlərdə hesabınız yoxdursa, QEYDİYYATdan keçərək saytın bütün imkanlarından daha rahat istifadə edə bilərsiniz. Həmçinin yazı əlavə edə bilərsiniz və müzakirələrdə başqalarının sizin istifadəçi adınızdan (nickname) yazmağın qarşısını alarsınız.

  • Şərhi göndərməkdən əvvəl, QAYDALAR-la tanış olmağınızı məsləhət görürük.



Upload Files

Şərhlərinizə şəkil və müxtəlif növ fayllar əlavə edə bilərsiniz.