- 2 July 2012

Implant-Assistant

Şərh yoxdur »
Implant-Assistant

30 iyun 2012 tarixində, Ambassador Otelinin konfrans zalında İmplant-Assistant cərrahi şablon sisteminin təqdimatı keçirildi. Алексей Юрьевич Ремов “3D modellər üzərində implant əməliyyatı planlamaları və cərrahi şablonların tətbiqi” mövzusundaki təqdimatında dr. A.Y. Remov implantalogiyada köməkçi vasitə olan cərrahi şablonlar haqqında ümumi bilgi verdikdən sonra, Implant-assistant layihəsi haqqında məlumat verdi.
Implant-Assistant® kompleks proqramı dental implantasiya və çənə-üz cərrahiyyə əməliyyatlarının planlaşdırılması üçün nəzərdə tutulub. Kompleks Implant-Assistant Planner, Implant-Assistant CTImplant-Assistant Guide modulindən ibarətdir. Implant-Assistant CT əməliyyatların planlaşdırılmasına lazım olan məlumatları hazırlamaq üçün nəzərdə tutulmuşdur. Implant-Assistant Planner əməliyyatların planlaşdırılması və mümkün olan nəticələrin təhlili üçün həkimin əsas alətidir. Implant-Assistant Guide cərrahi və implantoloji Implant-Guide® şablonunu proyektləşdirir.

Kompüter tomoqrafiyası müayinə vasitəsi ilə əldə olunan və DICOM formatlı fail dəsti kimi təqdim edilən akseal kəsiklər silsiləsi Implant-Assistant® kompleks proqramının əsas məlumat mənbəyi dir. Implant-Assistant CT modulu əməliyyatların planlaşdırılması üçün kəsiklərin görüntüsü, kəsiklərin boşluqda istiqaməti və vəziyyəti, görüntü icazəsi, müayinənin tarixi və s. kimi zəruri olan DICOM fail məlumatlarını yaradır və əldə edir. Götürülən məlumatlar proqramın daxili formatına uyğun dəyişdirilir. İstifadəçi sahələri ayıran və üçölçülü modelləri hesablayan alətlərin köməyi ilə, çənə,dişlər,yumşaq toxumalar,protez və s. kimi əməliyyatların planlaşdırılmasında gələcəkdə lazım olan obyektləri yaradır.
Əməliyyatların planlaşdırılmasında bütün lazım olan alət dəstini özündə cəm edən hazırlanmış məlumatlar Implant-Assistant Planner moduluna yüklənir.
Əmaliyyatların planlaşdırılması başa çatdıqdan sonra məlumatlar İmplant-Assistant Planner modulu ile yüklənir. Bu modul cərrahi,implantoloji Implant-Guide® şablonu və gələcək prototipləşdirilmə üçün STL formatında üçölçülü modelləri ixrac etməyə imkan verir.
Implant-Guide® planlaşdırılmış vəziyyətdə implantın dəqiq qoyulması üçün dental implantasiya əməliyyatında həkim tərəfindən istifadə olunur. Implant-Guide® istifadəsi yerin,dəlik açmağın istiqamət və dərinliyinin səhvini və implantların quraşdırılmasında sümük üstlüyünün laylanmasının baş verməsini istisna edir. Implant-Guide® əməliyyatın keçirilmə müddətinin kifayət qədər qısaldılmasına və onun zədə almasının azaldılmasına kömək edir.

Şərh yazın

Daha öncə qeydiyyatdan keçdiysəniz, zəhmət olmasa hesabınıza GİRİN ki, hər zamanki kimi şərhləri öz adınızdan yaza biləsiniz. GİRİŞ üçün mütləq qeydiyyatdan keçmək şərt deyil - bunu Facebook, Twitter, Google, Yahoo, OpenID və WordPress hesablarınız vasitəsiylə də edə bilərsiniz.
Əğər bu sistemlərdə hesabınız yoxdursa, QEYDİYYATdan keçərək saytın bütün imkanlarından daha rahat istifadə edə bilərsiniz. Həmçinin yazı əlavə edə bilərsiniz və müzakirələrdə başqalarının sizin istifadəçi adınızdan (nickname) yazmağın qarşısını alarsınız.

  • Şərhi göndərməkdən əvvəl, QAYDALAR-la tanış olmağınızı məsləhət görürük.



Upload Files

Şərhlərinizə şəkil və müxtəlif növ fayllar əlavə edə bilərsiniz.