- 23 Dekabr 2011

EndoPilot Comfort Plus

Şərh yoxdur »
EndoPilot Comfort Plus

Almaniyanın Schlumbohm şirkəti EndoPilot Comfort Plus cihazını təqdim edib. İlk dəfə olaraq bir cihazda endodontiyada istifadə olunan 4 əsas alət birləşdirilib – apekslokator, endo-motor, termo-kondensator və obturator. Beləcə endodontik müalicə əsnasında stomatoloqa lazım olan bütün alətlər tək bir cihazda cəmləşərək işin həm rahatlığı, həm də vaxt qənaəti təmin edilir. Ayrıca alətlərin unifikasiya olunması endodontik müalicənin keyfiyyətinə də müsbət təsir edir. Sterilizasiya nəzarəti, alətlərin az yer tutması və texniki xidməti daha rahat olduğu da cihazın müsbət cəhətlərindən sayıla bilər.

Standart xüsusiyyətlərə malik olan apeks-lokatorda həm vizual (LED displeydə), həm də səsli məlumatlandırma sistemi var. Alətin dəqiqliyi və istifadəsinin asanlığı stomatoloqun işinin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Apeks-lokatorun kolibrasiya olunması və bir necə rejimdə işləyə bilməsi, onun ən çətin hallarda istifadə olunmasına imkan yaradır.

Proqramlaşdırıla bilən endo-motorun idarə edilməsi tamamən toxunmalı (touch-screen) displey vasitəsiylədir. Ən çox istifadə olunan endo-fayl sistemləri haqqında məlumat ayrı proqramlar halında cihazın yaddaşına daxil edilib. Hər sistem üçün endo-faylların ardıcıllığı, tork və dönmə sürətləri əvvəlcədən qeyd olunub. Beləcə stomatoloq istənilən sitemdən asanlıqla istifadə edə bilər. Bundan başqa “My File” funksiyası vasitəsiylə, stomatoloq özü istədiyi parametrları qeyd edə bilər. Bu da hər həkimin şəxsi işləmə vərdişini də nəzərə alır.
Endo-motor 200-1000 dövr/dəqiqə sürətində və 0,2-5 N torkla işləyə bilər. Həm düz, həm tərs (reverse), həm də auto-stop funksiyalarına malik olan motor, endodontik müalicə əsnasında lazım olan bütün xüsusiyyətlərə malikdir. “Bi-Force” xüsusiyyəti isə faylların kanal içində ilişməsinin və qırılmasının qarşısını alır.

Kanalların ənənəvi üfüqi və şaquli kondensasiya metodu ilə doldurulması zamanı istifadə olunan isti pluger aləti həm asan istifadəsi, həm də erqonomik dizaynı ilə seçilir. Bəsit və tez işlədilməsi bu alətin ən vacib xüsusiyyətidir. Ucluqun istilik dərəcəsi LED displeydə göstərilir və tək toxunuşla idarə edilir. Dəyişdirilə bilən müxtəlif ölçülü uclar, istənilən boyda kanalların doldurulmasında köməklik edir. Uclar ISO standartına uyğun 040/.04 (XF, yaşıl), 050/.04 (F, boz), 050/.05 (FM, sarı), 050/.07 (M, qırmızı) və 050/.09 (ML, mavi) ölçülərdədir.

Həcmli obturasiya üçün istifadə olunan müasir Backfill-Gun tipli obturator vasitəsiylə stomatoloq ən çətin kanalları tez və asanlıqla çox keyfiyyətli şəkildə doldura bilər. Tapança şəkilində olan obturator gutta-percha faylları 140 – 200°C dərəcəyədək isindirə bilər. Standart Ø20 (qırmızı), Ø23 (ağ) və Ø25 (sarı) ölçülü gutta-percha bloklar istifadə oluna bilər.

Şərh yazın

Daha öncə qeydiyyatdan keçdiysəniz, zəhmət olmasa hesabınıza GİRİN ki, hər zamanki kimi şərhləri öz adınızdan yaza biləsiniz. GİRİŞ üçün mütləq qeydiyyatdan keçmək şərt deyil - bunu Facebook, Twitter, Google, Yahoo, OpenID və WordPress hesablarınız vasitəsiylə də edə bilərsiniz.
Əğər bu sistemlərdə hesabınız yoxdursa, QEYDİYYATdan keçərək saytın bütün imkanlarından daha rahat istifadə edə bilərsiniz. Həmçinin yazı əlavə edə bilərsiniz və müzakirələrdə başqalarının sizin istifadəçi adınızdan (nickname) yazmağın qarşısını alarsınız.

  • Şərhi göndərməkdən əvvəl, QAYDALAR-la tanış olmağınızı məsləhət görürük.



Upload Files

Şərhlərinizə şəkil və müxtəlif növ fayllar əlavə edə bilərsiniz.