- 2 November 2011

Maestro 3D Dental Scanner

Şərh yoxdur »
Maestro 3D Dental Scanner

İtaliyanın AGE Solutions S.r.l. şirkəti yeni stomatoloji skaneri təqdim edib. Maestro 3D Dental Scanner hər növ ortopedik və ortodontik konstruksiyaların planlaşdırılması və istehsal prosesinin sadələşdirilməsi və avtomatlaşdırılması üçün düşünülüb. Sistem avtomatik olaraq abatmentləri, qapaqları (koronkaları), plombları, körpüləri, antaqonistləri, inlays və onleyləri, wax-up, klamerlər v.s. elementləri tanıyır.

Müxtəlif CAD/CAM sistemləri ilə asanlıqla inteqrasiya oluna bilən Maestro 3D, 10 mikron kimi çox yüksək bir dəqiqliyə malikdir. Universal STL, PLY, OBJ, XYZ, PTS və VRML formatlarında 3D kompüter modelləri yaradılması və bu növ faylların müxtəlif proqramlarda istifadə olması bu sistemin ən böyük üstünlüklərindəndir. Maestro 3D inkişaf etmiş bir optik başlıq və avtomatlaşdırılmış hərəkət sistemi sayəsində, hər hansı bir müdaxiləyə ehtiyac olmadan, 2-3 dəqiqəyə və bir dəfəyə 8 modeli tam rəqəmləşdirməyə imkan verir.

Skaner Maestro 3D Easy Dental Scan, Maestro 3D Ortho StudioMaestro 3D Dental CAD proqramları ilə təmin edilib. Ayrıca yeni proqramların hazırlanması və individuallaşdırılması üçün pulsuz Maestro 3D Dental Scan S.D.K. istehsalçı proqramı da təqdim olunub.

Şərh yazın

Daha öncə qeydiyyatdan keçdiysəniz, zəhmət olmasa hesabınıza GİRİN ki, hər zamanki kimi şərhləri öz adınızdan yaza biləsiniz. GİRİŞ üçün mütləq qeydiyyatdan keçmək şərt deyil - bunu Facebook, Twitter, Google, Yahoo, OpenID və WordPress hesablarınız vasitəsiylə də edə bilərsiniz.
Əğər bu sistemlərdə hesabınız yoxdursa, QEYDİYYATdan keçərək saytın bütün imkanlarından daha rahat istifadə edə bilərsiniz. Həmçinin yazı əlavə edə bilərsiniz və müzakirələrdə başqalarının sizin istifadəçi adınızdan (nickname) yazmağın qarşısını alarsınız.

  • Şərhi göndərməkdən əvvəl, QAYDALAR-la tanış olmağınızı məsləhət görürük.



Upload Files

Şərhlərinizə şəkil və müxtəlif növ fayllar əlavə edə bilərsiniz.