- 23 March 2012

Müasir matriks sistemləri

10 şərh var »
Müasir matriks sistemləri

Hal-hazırda terapevtik stomatologiyada müxtəlif növ təcrid etmə (izolyasiya) üsulları mövcuddur. Azərbaycanda bunlardan ən çox istifadə olunanları ənənəvi lent matriks (metal və şəffaf) və qısmi zolaq matriks sistemləridir. Amalqam plom maddələri və geniş preparasiya boşluqları ilə istifadə olunmağa başlayan lent matrikslar, müasir terapevtik minimal preparasiya anlayışına və istifadə olunan estetik kompozit materiallarına çox da uyğun gəlmir. Əksər hallarda ənənəvi matrik lentlərinin və matriks tutqaclarının istifadəsi istənilən adaptasiyanı təmin etmir. Standart zolaqların Black Class II və Class III boşluqlar üçün istifadə oluması həm keyfiyyət, həm vaxt, həm də rahatlıq nöqtəyi-nəzərindən artıq məqsədə uyğun sayılmır. Müasir matrikslərin üstün cəhəti, dişin anatomik formasını nəzərə alınaraq, əyilmiş şəkildə və müxtəlif ölçülərdə olmasıdır. Müxtəlif qalınlıqlarda (diş aralarına asan keçmələri üçün), müxtəlif üzunluqlarda (premolar və molarlara uyğun olaraq), müxtəlif genişliklərdə (3.5-7.5 mm, dərin və səthi boşluqlar üçün) istehsal olunan matrikslər, plomb materialının dişə tam və qusursuz adaptasiyasını və düzgün bçim almasını təmin edirlər.

Qısaca müasir matriks sistemlərinə nəzər salaq.

  • V3 Ring – Triodent

Triodent V3 RingTriodent şirkətinin V3 Ring Sectional Matrix System adlanan dəstinə iki ədət (universal və ensiz) V3 üzükbənzəri matriks tutqacı, tutqac açmaq üçün xüsusi forseps (maqqaş), matrikslər üçün sancaqlı pinsetlər, əyri formalı pazlar və müxtəif ölçülü matrikslar daxildir.
Matrix tutqacının iki vacib xüsusiyyəti var: çox elastik Ni-Ti ərintidən hazırlanması və matriksi sıxan kontakt ucların yumşaq və geniş formalı plastik materialdan hazırlanması. Beləcə matriks dişə çox sıxca və kip təmas edir, beləcə plombun adaptasiyası ən yüksək səviyyədə təmin olunur. Ayrıca elastik və dalğayabənzər formada hazırlanan pazlar diş ətini maksimal qoruyurlar və eyni zamanda matriksin dişi qurşamasını təmin edirlər.

  • Composi-Tight 3D – Garrison Dental

Composi-Tight 3D Sectional Matrix SystemGarrison Dental Solutions şirkətinin Composi-Tight 3D Sectional Matrix System adlanan matriks sisteminin fərqləndirici xüsusiyyəti tutqacın yumşaq və həcmli uclara sahib olmasıdır. Matriksin dişə sıxışdırılması və adaptasiyası son dərəcə asanlaşdırılıb və maksimal effekt almaq üçün xüsusi zəhmət verməyə ehtiyac yoxdur. Matriksin preparasiya edilmiş boşluğun kənarlarına kip oturması və dişin çətin anatomik formasına uyğunlaşdırılması tam təmin olunub. Uzun və əyilə bilən dəsti olan pazları isə, diş arası boşluqlara yerləşdirmək çox rahatdır. Beləcə maksimal effekt əldə edilir.

  • Maximat Plus – Polydentia

Maximat Plus Polydentia şirkəti çox maraqlı və sadə Maximat Plus Matrix Tensioning System matriks sıxıştırma alətini təqdim edib. Bu sistem adi və çox ucuz metal ve ya səffəf matriks lentləri ilə işləməyə imkan verir. Standart matrikslərin və pazların istifadəsi bu sistemin müsbət tərəflərindən olsa da, ənənəvi lent sisteminin nöksanlarını da özündə əhatə edir. Amma çətin istifadə olunan və həcmli lent tutqaclarının olmaması bu sistemi bir alternativ kimi cəlb edici edir. Kiçik sarğı qutusunun (makaranın) içinə yerləşdirilən matriks lenti xüsusi dönən sıxışdırma aləti ilə dişin ətrafına sarılır və bərkidilir. Makaranın çox az yer tutması, eyni vaxtda bir necə matriksin yan-yana duran dişlərə yerləşdirilməsinə imkan verir ki, bu da adi matriks tutqacları istifadə olunduğunda mümkün deyil.

  • Contact Perfect – Arnel Dental

Quick-Easy-Perfect matrix bandsArnel Dental Products şirkəti ideal diş kontaktlarnın yaradılması üçün dəlikli Quick-Easy-Perfect Matrix Bands matriks lentlərini istehsal edir. Ənənəvi matriks tutqacları ilə istifadə oluna bilən bu lentlər orijinal dizayna sahibdirlər. Belə ki, plombun hazırlanması mərhələsində, dişlərin kontakt bölgəsindəki lent parçası yığışdırılır və plomb materialının kontakt dişlə maksimak yaxın olması təmin edilir. Bu sistemin işlədilməsi asan deyil, biraz təcrübə lazımdır. Çox geniş istifadə olmasına ehtiyac olmasa da, bəzi hallarda bu lentlərin istifadəsi müalicənin keyfiyyətini artırmaqda böyük rol oynaya bilər.

  • FenderMate – JS Dental

FenderMate

JS Dental Manufacturing şirkəti çox sadə, amma bir o qədər də effektiv FenderMate matrikslarını istehsal edir. Bu sistemin xüsusiyyəti odur ki, matriks və paz tək parça halındadır və matriksin fiksasiyasına ehtiyac yoxdur. İstifadəsi çox asan olan bu sistemdə heç bir tutqac və ya hər hansı bir alətə ehtiyac yoxdur. Kompakt olan bu matrikslər həm Class II, həm də Class III boşluqların bərpasında asanlıqla istifadə oluna bilər. Bir neçə fərqli ölçüdə istehsal olunan matrikslər, sağ və sol olaraq iki tiptədir.

10 şərh var

  1. Latifa28 September 2012 at 01:02 - Cavab yaz

    Salam. Menim damaqlarim xestedi,qaniyir ve agzimdan pis qoxu gelirr. Sizde vektor apparati var? Bu apparatla mualice edirsiz? Nece defe ve ya nece aydan bir lazimdi vektor apparati ile mualice? (qiymeti necedi?)

    • Lətifə xanım,
      Bəli, biz Vector aparatından istifadə edirik. Periodontal xəstəliklərin müalicəsində çox effektiv metoddur. Əks hallarda ildə bir dəfə, sadəcə bir seans bu vasitədən istifadə etmək kifayətdir. Qiyməti 350 AZN.

  2. Gunay21 February 2013 at 15:28 - Cavab yaz

    Salam. Men diwlerimin iri ve beraberolchulu olmasini isteyirem. Bu neceye bawa gelir?

    • Günay xanım,
      Bu nöqsanı bir neçə üsulla düzəltmək mümkündür. Bu səbəblə də müalicə qiyməti ancaq həkim müayinəsindən sonra konkretləşdirilə bilər.

  3. fuad7 April 2013 at 14:46 - Cavab yaz

    salam.18 yasli insanin dislerinnin agiz bosluguna dogru eyilmesinin sebebi nedir.

    • Fuad bəy, dişlərin əyilməsi üçün bir necə səbəb ola bilər. Mütləq müayinə və rentqen olunmalıdır. Ancaq bundan sonra əyilmənin səbəbi haqqında dəqiq məlumat vermək olar.

  4. Ramide7 October 2014 at 00:09 - Cavab yaz

    Salam.Damaq xesteliklerinde en effektiv mualice vitamin terapiyasi Yeni inyeksiya usulu ile olan mualicedir.sonra kompleks terapiya da meslehetlidir.

    • Ramidə xanım, bununla qətiyyən razı deyiləm. Bu müalicə üsulu nəyinki effektiv, tam tərsi – zərər vericidir. Ümumdünya stomatoloji praktikasında belə bir üsul tədbiqi mövcud deyil.

  5. Qasimov Shukur19 November 2014 at 01:54 - Cavab yaz

    Salam men alt cene nahiyyesinde sag ve sol terefde iki diw inplant etdirmek isteyirem. Her bolgede bir diw inplant olasidi. Sizden meslehet alib ve qiymetini bilmek isterdim. Onceden cox sagolun.

Şərh yazın

Daha öncə qeydiyyatdan keçdiysəniz, zəhmət olmasa hesabınıza GİRİN ki, hər zamanki kimi şərhləri öz adınızdan yaza biləsiniz. GİRİŞ üçün mütləq qeydiyyatdan keçmək şərt deyil - bunu Facebook, Twitter, Google, Yahoo, OpenID və WordPress hesablarınız vasitəsiylə də edə bilərsiniz.
Əğər bu sistemlərdə hesabınız yoxdursa, QEYDİYYATdan keçərək saytın bütün imkanlarından daha rahat istifadə edə bilərsiniz. Həmçinin yazı əlavə edə bilərsiniz və müzakirələrdə başqalarının sizin istifadəçi adınızdan (nickname) yazmağın qarşısını alarsınız.

  • Şərhi göndərməkdən əvvəl, QAYDALAR-la tanış olmağınızı məsləhət görürük.



Upload Files

Şərhlərinizə şəkil və müxtəlif növ fayllar əlavə edə bilərsiniz.