- 2 December 2011

NuCalm – stomatoloq qorxusuna qarşı çarə

1 şərh var »
NuCalm – stomatoloq qorxusuna qarşı çarə

NuCalm Britaniya nevroloqları hər hansı səbəbdən diş müalicəsi qorxusu olan pasiyentlər üçün etibarlı sakitləşdirici üsul kəşf ediblər. NuCalm cihazı beyinin elektro stimullaşdırılması ilə bu effekti əldə edir. NuCalm beyinə sakitləşdirici tezliklər ötürən sensor və xüsusi səs dalqaları törədən qulaqlıqdan ibarətdir. Ayrıca tünd eynək və qıda əlavəsi kimi istifadə olunan xüsusi GABA (Gamma-Aminobutyric Acid) və L-Theanine (çay bitkisindən əldə edilir) maddələri qəbul etmək tələb olunur. Bunlar da rahatladıcı effekti gücləndirir.

İstehsalçı iddia edir ki, NuCalm cihazının 5 dəqiqəlik istifadə edilməsiylə beyində dərin istirahət, meditasiya və yuxu hallarında ortaya çıxan elektro-maqnetik dalqalanma halı əmələ gəlir və beləcə pasiyentin tam sakitləşməsi təmin olunur. Beyində serotonin və dopamin maddələrinin ifrazatı nəticəsində pasiyentin stres halının tamamən ortadan qaldırılması və hətta depressiya və yuxusuzluq kimi patolojik vəziyyətlərin müalicəsi də mümkündür.

NuCalm kit NuCalm

Amerikalı alimlər bu cihazın təsirini ciddi şəkildə araşdırıblar və nəticələri Academy of General Dentistry məcmuəsində dərc ediblər. Bu nəticələrə görə pasiyetlərin 50%-dən çoxunda qorxu və stres halı tamamən yox olub, əksər hallarda isə əhəmiyyətli dərəcədə azalıb.

1 şəht var

  1. maharram8 January 2016 at 13:32 - Cavab yaz

    bu cihazan bakida var

Şərh yazın

Daha öncə qeydiyyatdan keçdiysəniz, zəhmət olmasa hesabınıza GİRİN ki, hər zamanki kimi şərhləri öz adınızdan yaza biləsiniz. GİRİŞ üçün mütləq qeydiyyatdan keçmək şərt deyil - bunu Facebook, Twitter, Google, Yahoo, OpenID və WordPress hesablarınız vasitəsiylə də edə bilərsiniz.
Əğər bu sistemlərdə hesabınız yoxdursa, QEYDİYYATdan keçərək saytın bütün imkanlarından daha rahat istifadə edə bilərsiniz. Həmçinin yazı əlavə edə bilərsiniz və müzakirələrdə başqalarının sizin istifadəçi adınızdan (nickname) yazmağın qarşısını alarsınız.

  • Şərhi göndərməkdən əvvəl, QAYDALAR-la tanış olmağınızı məsləhət görürük.



Upload Files

Şərhlərinizə şəkil və müxtəlif növ fayllar əlavə edə bilərsiniz.