Mündəricat:
Vinir dişlər və onların populyarlığı.
Müasir estetik stomatologiyada vinir dişlər təbəssümü dəyişdirən ən effektiv və minimal invaziv üsuldur. Vinir qiymətləri ilə maraqlanmadan əvvəl bu proseduru düzgün başa düşmək vacibdir.
Vinir dişlər (laminat veneer, lamina) dişlərin ön səthinə yapışdırılan, 0.3-0.7 mm qalınlığında nazik keramika və ya kompozit qabıqlardır. Onlar dişlərin rəngini, formasını və ölçüsünü dəyişdirərək mükəmməl təbəssüm yaradır. Hollywood gülüşü məhz vinirlərlə əldə edilir.
Son 10 ildə Azərbaycanda, xüsusilə Bakıda vinir dişlərə tələbat əhəmiyyətli artmışdır. Bu, həm estetik standartların yüksəlməsi, həm də texnologiyanın inkişafı ilə əlaqədardır. Artıq vinir qoydurmaq yalnız məşhurlar üçün deyil, gözəl təbəssüm istəyən hər kəs üçün əlçatandır.
Vinir diş növləri: ətraflı izah və təhlil.
Vinir diş qiyməti birbaşa həkimin kvalifikasiyasından və seçilən materialdan asılıdır. Hər növün öz üstünlükləri, çatışmazlıqları və qiymət intervalı var.
1. Kompozit vinirlər: qənayətli seçim.
Xüsusiyyət: Kompozit rezin materialdan hazırlanır, birbaşa dişdə formalaşdırıla və ya laboratoriyada hazırlana bilər.
Üstünlükləri:
- Ən ucuz vinir növü
- Bir seansda tətbiq oluna bilər (direct veneer)
- Geri qaytarıla bilən prosedur
- Minimal diş yonulması
- Zədələndikdə təmir oluna bilər
Çatışmazlıqları:
- Rəngi 2-3 ildən sonra dəyişir
- Keramikaya nisbətən daha tez aşınır
- Daha az estetik görünüş
- Cilalanma müddəti qısadır
- Çay, qəhvə, şərabdan ləkələnir
Qiymət: 100-250 manat (Bakı, Azərbaycanda)
Töhsiyə: Kompozit vinirlər müvəqqəti həll və ya büdcesi məhdud pasiyentlər üçün uyğundur. Uzunmüddətli nəticə gözləyirsinizsə, məsləhət görülmür.
2. Keramika (farfor) vinirlər: qızıl standart.
Xüsusiyyət: Feldspatik porselandan laboratoriyada hazırlanır, ən klassik və ən çox istifadə olunan növdür.
Üstünlükləri:
- Təbii şəffaflıq və işıq keçirmə
- Rəng sabitliyi – 10+ il dəyişmir
- Yüksək estetika
- Dişə mükəmməl yapışma
- Biouyğundur, allergiya riski yoxdur
- Diş ətini qıcıqlandırmır
Çatışmazlıqları:
- Kompozitdən baha
- Hazırlanması 1-2 həftə çəkir
- Geri qaytarıla bilməz
- Qırılma riski var (nadir hallarda)
Qiymət: 600-800 manat (Bakı, Azərbaycanda)
Tövsiyə: Qiymət-keyfiyyət nisbəti baxımından optimal seçimdir. Keramika vinirlər ən etibarlı nəticə vermişdir.
3. E.max (press-keramika) vinirlər: premium keyfiyyət.
Xüsusiyyət: Press-keramika, yanı Litiyli Disilikat keramikadan (lithium disilicate) hazırlanır, ən güclü və estetik vinir növüdür.
Üstünlükləri:
- Maksimum şəffaflıq – real diş effekti
- Çox yüksək möhkəmlik (400 MPa)
- Müasir CAD/CAM texnologiyası
- Ultra nazik (0.3 mm) ola bilər
- 15-20 il xidmət edir
- Mükəmməl biokompatibilite
Çatışmazlıqları:
- Ən bahalı vinir növü
- Hər klinikada yoxdur
- Texniki cəhətdən mürəkkəbdir
Qiymət: 600-700 manat (Bakı, Azərbaycanda)
Tövsiyə: Əgər maksimum estetika və uzunömürlük istəyirsinizsə, E.max ən yaxşı investisiyadır. Ön 6-8 diş üçün xüsusilə tövsiyə edirəm.
5. Zirkonium vinirlər: möhkəmlik prioriteti.
Xüsusiyyət: Zirkonium oksiddən hazırlanır.
Üstünlükləri:
- Çox yüksək möhkəmlik
- Qırılma riski minimal
- Bruksizm (diş qıcayı) halları üçün uyğun
Çatışmazlıqları:
- Şəffaf deyil, mat görünür
- Estetik keramikadan aşağıdır
- Daha qalın (1-1.5 mm)
- Dişə yapışma zəifdir
Qiymət: 500-600 manat (Bakı, Azərbaycanda)
Tövsiyə: Ön dişlər üçün məsləhət görmürəm. Arxa dişlərdə isə zirkon qapaq daha uyğundur.
Vinir diş qiymətləri: ölkələr üzrə müqayisə.
Stomatoloq Fərid Zeynalov kimi beynəlxalq təcrübəyə malik mütəxəssislərlə söhbətlərimdə müəyyənləşdirmişəm ki, vinir qiymətləri dünyada çox geniş intervalda dəyişir.
ABŞ: ən yüksək qiymətlər.
Bir vinir: 1,000-2,500 dollar (1,700-4,250 manat)
Tam təbəssüm (8-10 vinir): 10,000-25,000 dollar (17,000-42,500 manat)
ABŞ-da qiymətlər yüksək olsa da, əksər hallarda diş sığortası xərclərin bir hissəsini ödəyir. Lakin vinir kosmetik prosedur sayıldığı üçün sığorta tez-tez ödəməkdən boyun qaçırır.
Avropa: regional fərqliliklər.
Almaniya, İsveçrə: 800-2,000 avro (1,500-3,750 manat)
Böyük Britaniya: 500-1,500 funt (1,075-3,225 manat)
İspaniya, Portuqaliya: 300-800 avro (560-1,500 manat)
Polşa, Çexiya: 200-500 avro (375-940 manat)
Avropa ölkələrində diş turizmi inkişaf etmişdir. Bir çox insan Şərqi Avropa ölkələrinə (Polşa, Macarıstan, Türkiyə) vinir üçün gedir. Avropada yaşayan azərbaycanlılar dişlərini ancaq Bakıda bərpa edirlər. Bu həm yüksək keyfiyyət, həm də qənayət ilə əlaqəlidir.
Türkiyə: regional lider.
Bir vinir: 200-600 dollar (340-1000 manat)
Tam təbəssüm: 2,000-4,500 dollar (3,400-7,650 manat)
Türkiyə qiymət-keyfiyyət nisbəti baxımından çox rəqabətlidir. İstanbul və Antalyada diş turizmi çox inkişaf etmişdir.
Azərbaycan: əlverişli və keyfiyyətli.
Bakıda və Azərbaycanda vinir qiymətləri regional bazarda çox rəqabətlidir:
Kompozit vinir: 100-250 manat
Keramika vinir: 600-800 manat
Press-keramika: 500-800 manat
Tam təbəssüm (8-10 vinir): 4,000-10,000 manat
Orta qiymət: Keyfiyyətli vinir üçün 600-700 manat optimal göstəricidir. Daha ucuz vinirlar aşağı keyfiyyətli bərpalardır, çox saylı mənfi cəhətləri var və məsləhət deyil.
Beynəlxalq müqayisə: cədvəl.
| Ölkə | Kompozit | Keramika | E.max |
| ABŞ | 600-1000 $ | 1200-1800 $ | 1500-2500 $ |
| Almaniya | 350-800 $ | 820-1,400 $ | 1170-2330 $ |
| Türkiyə | 120-200 $ | 400-500 $ | 350-600 $ |
| Azərbaycan | 60-150 $ | 350-470 $ | 290-410 $ |
Nəticə: Azərbaycan qiymət baxımından ABŞ və Avropadan 3-4 dəfə ucuzdur, keyfiyyət isə müqayisə edilə bilər.
Vinir diş qiymətinə təsir edən amillər.
Bakıda vinir qiyməti 8 əsas amilə görə dəyişir.
1. Material növü və keyfiyyəti.
Bu, qiymətə təsir edən №1 amildir:
- Kompozit: 100-250 manat – ən ucuz
- Keramika: 600-800 manat – orta
- E.max: 500-800 manat – premium
- Zirkon: 500-600 manat – xüsusi
Material brendindən də asılıdır:
- IPS e.max (İvoclar Vivadent) – ən keyfiyyətli və bahalı
- Empress (İvoclar) – yüksək standart
- Cerec Blocs (Sirona) – müasir CAD/CAM
- Koreya istehsalı – münasib qiymət
2. Həkimin təcrübəsi və ixtisası.
Estetik stomatologiya xüsusi bacarıq tələb edir:
- Ümumi stomatoloq: daha ucuz, amma nəticə şübhəlidir
- Estetik stomatologiyada ixtisas: orta qiymət
- 15+ il estetik təcrübə: yüksək qiymət, keyfiyyət zəmanəti
- Beynəlxalq sertifikat: premium qiymət
Tövsiyə: Normalın altında qiymətlər təklif edən həkimə getməyin. Diş müalicəsi geri qaytarıla bilməz prosedurdur və səhv nəticə çox baha başa gələ bilər.
3. Klinikanın avadanlıq və texnologiyası.
Rəqəmsal skanerlə ölçü vs klassik Silikon:
- Rəqəmsal üsul daha dəqiq, rahat və bahalıdır
- İntraoral skaner 50,000-150,000 dollar dəyərindədir
- Bu, xidmət qiymətinə əlavə 10-15% əlavə edir
Laboratoriya:
- In-house (klinika daxili) laboratoriya – daha sürətli və nəzarətli
- Xarici laboratoriya – daha ucuz, amma keyfiyyət riski
CAD/CAM Sistemi:
- Klinikalarda CEREC və ya digər CAD/CAM sistemi
- Eyni gün vinir imkanı
- Qiymət 20-30% artır, amma sürət və keyfiyyət artır
4. Ölkə və şəhər.
Eyni ölkə daxilində belə qiymət fərqləri var:
- Bakı mərkəz: ən baha
- Bakı kənar: 15-20% ucuz
- Region şəhərləri: 30-40% ucuz
Lakin nəzərə alın ki, region şəhərlərdə təcrübəli həkim və keyfiyyətli material tapmaq çətin ola bilər. Bakı mərkəzində qiymətlərin yüksək olması həqiqətən keyfiyyət yüksəkliyinin amilidir.
5. Hazırlıq prosedurları.
Bəzi pasiyentlər üçün əlavə müalicələr lazımdır:
- Dişlərin təmizlənməsi və ağardılması (100-500 manat) – vinirdən əvvəl tövsiyə olunur
- Diş əti konturlaması (50-100 manat/diş) – asimmetrik diş əti üçün
- Ortodontik müalicə (2,000-5,000 manat) – əyri dişlər üçün
- Kanal müalicəsi (150-300 manat/diş) – əgər lazımdırsa
- Dişlərin bərpası (80-150 manat) – bəzi hallarda ehtiyac olur
Bu əlavə xərclər ümumi qiyməti əhəmiyyətli artıra bilər.
6. Vinir sayı.
Bir diş və ya tam təbəssüm:
- 1-2 vinir: Diş başına tam qiymət
- 4-6 vinir: adətən tam qiymət
- 8-10 vinir (tam təbəssüm): 5-10% endirim
- 12+ vinir: 10-20% endirim
Məsələn: Bir E.max vinir 600 manat, 10 vinir paket isə 5500 manat (diş başına 550 manat).
7. Müvəqqəti vinirlər.
Daimi vinirlər hazırlanarkən (1-2 həftə) estetika üçün müvəqqəti vinirlər qoyulur:
- Kompozit müvəqqəti: 30-50 manat/diş
- Əgər çox diş varsa: ümumi qiymətə əlavə oluna bilər
8. Zəmanət və servis.
Klinikalar fərqli zəmanət şərtləri təklif edir:
- Zəmanətsiz: ən ucuz, amma riskli
- 1 il zəmanət: standart
- 3-5 il zəmanət: premium klinikalar
- Ömürlük zəmanət: ən baha, çox nadir
Zəmanətə daxil olur: qırılma (travma xaricində), düşmə, rəng dəyişikliyi. Zəmanət sadəcə pasiyentin mütəmadi baxışlara və peşəkar diş daşı və ərpi təmizləməsinə riayət etdiyi halda şamil edilir.
Vinir qiymətinə nə daxildir?
Standart qiymətə daxildir:
- İlkin konsultasiya və müayinə
- Rentgen və fotodokumentasiya
- Dişlərin hazırlanması (yonulma)
- Müvəqqəti vinirlər
- Rəqəmsal və ya silikon ölçü
- Laboratoriya işi
- Yoxlama və tənzimləmə
- Daimi fiksasiya (sementləmə, yapışdırma)
- İlk nəzarət müayinəsi

Vinir və zirkon qapaq: hansını seçməli?
Pasiyentlərdən tez-tez eşidirəm: “Vinir yaxşıdır, yoxsa zirkon qapaq?” Cavab vəziyyətdən asılıdır.
Vinir nə vaxt seçilməlidir?
İdeal hallar:
- Diş əsasən sağlamdır, sadəcə estetik problem var
- Rəng dəyişikliyi (tetrasiklinli dişlər, florozis)
- Kiçik qırılma və çatlar
- Dişlər arasında boşluqlar (diastema)
- Kiçik, deformasiyalı dişlər
- Minimal invaziv müalicə arzusu
Üstünlükləri:
- Az yonulma (0.5 mm vs 1.5 mm)
- Təbii görünüş
- Ön dişlər üçün mükəmməl
- Dişin canlı qalması
Qiymət: 600-800 manat/diş
Zirkon qapaq nə vaxt seçilməlidir?
İdeal hallar:
- Diş çox çürüyüb, böyük plomb var
- Kanal müalicəsi olunmuş diş
- Dişin əhəmiyyətli hissəsi qırılıb
- Arxa dişlər (güclü çeynəmə təzyiqi)
- Körpü (bridge) lazımdır
- İmplant üzərinə qapaq
Üstünlükləri:
- Dişi tam qoruyur
- Çox möhkəm
- Çeynəmə funksiyasını tam bərpa edir
- Həm estetik, həm funksional
Qiymət: 400-500 manat/diş
Ətraflı müqayisə cədvəli.
| Xüsusiyyət | Vinir | Zirkon Qapaq |
| Yonulma | 0.3-0.7 mm | 1.5-2 mm |
| Tətbiq sahəsi | Ön dişlər | Bütün dişlər |
| Estetika | Maksimum | Yüksək |
| Möhkəmlik | Yaxşı | Mükəmməl |
| Məqsəd | Kosmetik | Bərpa və kosmetik |
| Geri qaytarılma | Xeyr | Xeyr |
| Qiymət | 600-800 AZN | 400-500 AZN |
| Ömrü | 10-20 il | 15-25 il |
Tövsiyə:
- Ön 6-8 diş üçün: E.max və ya keramika vinir
- Arxa dişlər üçün: Zirkon qapaq
- Çox zədələnmiş diş üçün: Zirkon qapaq
- Minimal müdaxilə üçün: Vinir
Vinir qiymətləri: ən yaxşı seçimlər və tövsiyələr.
Qənaətli seçim (100-250 manat/diş)
Kompozit vinir:
- Müvəqqəti həll və ya gənclər üçün
- 3-5 il xidmət edir
- Rəng dəyişikliyi riski
- Geri qaytarıla bilər
Rəy: Yalnız test və ya müvəqqəti həll kimi. Uzunmüddətli investisiya kimi tövsiyə etmirəm.
Premium seçim (700-900 manat/diş)
Keramika vinir:
- Qiymət-keyfiyyət balansı
- 10-15 il xidmət
- Yaxşı estetika
- Etibarlı laboratoriyalarda hazırlanır
Rəy: Əksər pasiyentlər üçün ən yaxşı seçimdir. Keyfiyyətli nəticə və münasib qiymət.
Optimal seçim (600-800 manat/diş)
E.max Vinir:
- Maksimum estetika
- 15-20 il xidmət
- Ultra nazik (minimal yonulma)
- Ən yüksək texnologiya
Rəy: Ön 6-8 diş üçün ideal. Əgər büdcə imkan verirsə, ən yaxşı investisiyadır.
Tam təbəssüm paketləri:
8 Vinir Paket:
- Kompozit: 1,000-2,000 manat (məsləhət deyil)
- Keramika: 5000-8000 manat (premium)
- E.max: 3500-6000 manat (ən məsləhətli)
10-12 Vinir Paket (Hollywood Smile):
- Keramika: 4,500-7,000 7000-10000 manat
- E.max: 4500-7000 manat
Qeyd: Paket qiymətləri fərdi dişdən 15-25% ucuzdur.

Nəticə: ağıllı seçim necə etməli?
1. Büdcenizi real qiymətləndirin.
- Minimum büdcet (200-300 manat/diş): Kompozit, müvəqqəti
- Orta büdcet (400-700 manat/diş): E.max, ideal
- Yüksək büdcet (600-1,000 manat/diş): Keramika (farfor), lüks
2. Həkim seçimi kritikdir.
- Portfolioya baxın (əvvəl/sonra fotoları)
- Rəyləri oxuyun
- Ən azı 15+ il estetik təcrübə
- Beynəlxalq sertifikatlar üstünlükdür
- İlk konsultasiya pulsuz olmamalıdır
3. Materialı düzgün seçin.
- Kompozit: Xeyr (məsləhət deyil)
- Keramika: Bəli (əksər hallar üçün)
- E.max: Əla (ön dişlər üçün ideal)
- Zirkon: Xeyr (ön dişlər üçün)
4. Qiymət müqayisəsi aparın.
- Ən azı 3 klinikaya müraciət edin
- Həkim haqda dolğun, açıq və şəffaf məlumat olduğuna xüsusi diqqət edin.
- Qiymətə nə daxildir – soruşun
- Zəmanət şərtlərini öyrənin
- Həddindən ucuza inanmayın
5. Uzunmüddətli düşünün.
- Kompozit: 3-5 il, illik ~50 manat
- Keramika: 10-15 il, illik ~40-70 manat
- E.max: 15-20 il, illik ~30-65 manat
E.max qiymətcə bahalı görünsə də, uzunmüddətdə ən sərfəlidir!
6. Keyfiyyətdən güzəştə getməyin.
Vinir geri qaytarıla bilməz prosedurdur. Təəssüflər olsun i, hal-hazırda Azərbaycanda həddindən artıq saxta “stomatooq”lar qanunsuz işləyirlər və çox sayda fəsadlara və ciddi sağlıq və maddi problemlərə səbəb olurlar. Bunların ilk əlaməti ucuz qiymət və onlar haqda rəsmi məlumatların olmamasıdır. Ucuz və keyfiyyətsiz iş edildikdə:
- Pul əldən gedir
- Dişləriniz zədələnir
- Yenidən müalicə lazım olur
- Əsəbləriniz pozulur
Bir dəfə keyfiyyətli edin, uzun illər istifadə edin.


• AR Səhiyyə Nazirliyi, Sertifikasiya Şəhadətnamə № AH 044594
• Beynəlxalq DDPH/DGDP statuslu ali baza tibb təhsili və beynəlxalq DDS/DMD stomatoloji elmi dərəcələrinin AR Səhiyyə Nazirliyi təsdiqlənməsi Şəhadətnaməsi № 05/19-5688
• BDS beynəlxalq ali tibbi təhsil dərəcəsinin AR Təhsil Nazirliyi təsdiqlənməsi Şəhadətnaməsi № 000932.
• DDS və DMD elmi dərəcələrinin AR Təhsil Nazirliyi təsdiqlənməsi Şəhadətnaməsi № 000753
Dr. Fərid Zeynalov
Dr. Fərid Zeynalov Bakıda estetik və bərpaedici stomatologiya sahəsində ixtisaslaşmış, 26 ildən artıq praktiki klinik təcrübə malik və beynəlxalq səviyyədə tanınan bir diş həkimidir. Ankara Universitetinin Stomatologiya Fakültəsinin məzunudur (1993–1999). Ciddi sterilizasiya (Class-B standartları), xəstə təhlükəsizliyi protokolları (“anti-şok” paket) və dünyanın ən yaxşı materiallarından istifadə ilə tanınır. Xəstələr onun dəqiqliyini, sakit yanaşmasını, müayinədən sonrakı qayğısını və stomatologiyanı mükəmməllik “brendi” kimi görməsini yüksək qiymətləndirir. Onun işində əsas amil dişlərə minimal zərər vurmaqla təbii, uzunmüddətli və yüksək estetik nəticələr əldə etməkdir.
- Təhsil: Ankara Universiteti Stomatologiya fakültəsinin məzunudur (1993–1999) – diplom №1938
- Üzvlüklər: Amerika Stomatologiya Assosiasiyasının (ADA) üzvü olmaqla yanaşı, 16 aparıcı beynəlxalq elmi cəmiyyətin fəal üzvüdür.
- Təkmilləşmə: 120-dən çox beynəlxalq konqres, seminar və kursların iştirakçısı, 90-dan çox diplom və sertifikatın sahibidir.
- Ankara Üniversitesi Sürekli Eğitim Merkezi (ANKÜSEM) təkmilləşmə proqramları, Harvard School of Dental Medicine xüsusi “The Advanced Graduate Education” qısa müddətli praktiki təlim, American Dental Association Continuing Education Recognition Program (ADA CERP) və California Dental Association xüsusi proqram rezidenturası iştirakçısıdır.
