Zirkon dişlər estetik və funksional baxımdan ən üstün materialdır, amma xəstələrin ən çox soruşduğu sual “qiyməti nə qədərdir?” olur. 2025-ci ilin dekabr ayına olan aktual qiymətlərlə danışacam: Bakıda keyfiyyətli zirkon qapaq (Prettau, Katana, Ceramill kimi premium markalar) üçün real qiymət 400-600 AZN arasındadır. 200-300 AZN və aşağı təklif edən klinikalar adətən kvalivikasiyasız və ya saxta stomatoloqlar tərəfindən aşağı keyfiyyətli zirkon bloklarından istifadə edir və 3-4 ay sonra ciddi problem yaradır. Bu yazıda hər şeyi açıq şəkildə izah ediləcək.
Zirkon diş nədir və niyə bu qədər populyardır?
Zirkon (zirkonium dioksid) sənəyə, aviasiya və tibb sahəsində istifadə olunan ən möhkəm keramika materialıdır. Stomatologiyada CAD/CAM texnologiyası ilə 0.01 mm dəqiqliklə hazırlanır.
2025-ci ildə ən çox istifadə olunan markalar:
- Prettau Zirkon (Zirkonzahn, Almaniya) – ən möhkəm və estetik
- Katana (Noritake, Yaponiya) – ən təbii işıq keçiriciliyi
- Ceramill Zolid (Amann Girrbach, Avstriya)
- Aidite və Upcera (Çin) – ucuz, amma keyfiyyəti aşağı
Stomatoloq Fərid Zeynalovun klinikasında ancaq “Dental Advisor Top Award Winner” mükafatlı ən yüksək keyfiyyətli avadanlıq və materiallardan istifadə olunur və beləcə 15-20 il problemsiz xidmət edir.
Zirkon dişlərin üstünlükləri – qiyməti haqq qazandıran səbəblər.
Zirkon dişlər digər materialları geridə qoyur:
- Estetik: İşıq keçirir, diş əti xəttində boz kölgə yaratmır
- Möhkəmlik: 1200-1400 MPa (metal-keramikadan 4 dəfə möhkəm)
- Biouyğunluq: Allergiya riski sıfır, diş əti ilə 100% uyğun
- Uzunömürlülük: Kliniki araşdırmalarda 20 il sağ qalma faizi 98%
- Həssaslıq yaratmır, metal dadı yoxdur
Bu üstünlüklər qiymətin yüksək olmasının əsas səbəbidir.
Zirkon diş qiymətləri nəyə görə dəyişir?
Qiymətə təsir edən əsas amillər:
- Material markası
- Naməlum marka zirkon.
- Yaponiya/ABŞ/Almaniya zirkonu.
- Texnologiya və laboratoriya
- 3D skaner + CNC.
- Əl ilə işlənən laboratoriya: daha ucuz, amma dəqiqlik aşağı.
- Həkim təcrübəsi və klinika səviyyəsi
- Premium klinikalar.
- Orta klinikalar.
- Aşağı səviyyə klinikalar (keyfiyyət riskli).
- Əlavə xidmətlər
- Rəqəmsal dizayn və yoxlama.
- Zəmanət ancaq premium klinikalarda var.
Bakıda aktual zirkon diş qiymətləri – 2025 dekabr (real müqayisə).
| Klinika / Səviyyə | 1 zirkon qapaq qiyməti (AZN) | Material markası | Zəmanət | Qeyd |
| Aşağı səviyyə klinikalar. | 150-300 | Naməlum | yoxdur | Çox şikayət var |
| Orta səviyyə klinikalar. | 250-350 | Türkiyə/Çin/Koreya | 1-2 il | Qənaətbəxş deyil, ağağı estetika |
| Yaxşı klinikalar. | 400-500 | ABŞ/Yaponiya/Almaniya | 10 il | Ən yaxşı nəticə, əla estetika |
Xəbərdarlıq: 350 AZN və aşağı qiymətlərə inanmayın. Bu qiymətə yalnız aşağı keyfiyyətli zirkon bloklarından istifadə olunur və bir necə ay sonra ya qırılır, ya da diş əti problemləri yaradır. Müraciət edən pasiyentlərin 35-60%-i əvvəlki ucuz zirkon dişləri dəyişdirmək məcburiyyətində qalır. 10-15 % hallarda ciddi fəsadlar yaranır.

Zirkon diş seçərkən nələrə diqqət etməli?
- Həkimin təhsilini və təcrübəsini yoxlayın – diplom, setifikasiya şəhadətnaməsi, lisenziya və bütün rəsmi sənədlər mütləq açıq şəkildə təqdim olunmalıdır.
- Rəyləri oxuyun (Google, Instagram) – saxta, reklam mahiyyətli və yalnçı rəylərə diqqət edin.
- Real əvvəl/sonra nümunə fotolarına baxın. Saxta stomatoloqlar və ya aşağı səviyyəli stomatoloqlar adətən özlərinə məxsus olmayan, internetdən icazəsiz götürülən və başqa həkimlərə aid olan fotolardan istifadə edirlər.
- Aşağ qiymət, yalançı endirimlər, kredit kimi cəlb etmə üsulları aşağı səviyyəyə xidmətin işarəsidir.
Zirkon dişlər bahalı görünə bilər, amma 20-25 il xidmət edəcəyini nəzərə alsaq, ən sərfəli sərmayədir. Bakıda keyfiyyətli zirkon diş üçün 400-600 AZN ödəməyə dəyər. Ucuz qiymətlərə aldanmayın – sağlamlığınıza qənaət etməyin. Azərbaycanda bu gün zirkon dişlər artıq lüks deyil, standartdır.
Tez-tez soruşulan suallar:
Zirkon dişlərin ömrü nə qədərdir?
Hər hansı bir stomatolojı bərpanın istifadə müddəti ilk öncə pasiyentin gigiyenasından asılıdır. Ağız boşluğu gigiyenası yaxşı olduğu halda, pasiyent zirkon qapaqları diqqətli qoruduğu halda və mütəmadi stomatoloq nəzarətindən keçdiyi halda, zirkonun istifadə müddəti 10-20 il ola bilər.
Zirkon dişlərin qiyməti nəyə görə dəyişir?
Əsas amil həkimin təhsili və təcrübəsidir. Material markası, laboratoriya texnologiyası və zəmanət müddəti də çox vacibdir.
Zirkon dişlərin baxımı necə olmalıdır?
Adi dişlər kimi – gündəlik fırçalama, diş ipi və 6 aydan bir peşəkar təmizləmə kifayətdir.
Zirkon qapaqlar neçə müddətə hazırlanır?
İlkin vəziyyətdən asılı olaraq zirkon qapaqlar 1-3 həftəyə hazırlanır. Amma bəzi hallarda dişlərin və dişətlərinin müalicəyə ehtiyacı ola bilər. Bunun üçün müalicənin tam müddətini dəqiqləşdirmək ancaq müayinə və rentqendən sonra mümkündür..


• AR Səhiyyə Nazirliyi, Sertifikasiya Şəhadətnamə № AH 044594
• Beynəlxalq DDPH/DGDP statuslu ali baza tibb təhsili və beynəlxalq DDS/DMD stomatoloji elmi dərəcələrinin AR Səhiyyə Nazirliyi təsdiqlənməsi Şəhadətnaməsi № 05/19-5688
• BDS beynəlxalq ali tibbi təhsil dərəcəsinin AR Təhsil Nazirliyi təsdiqlənməsi Şəhadətnaməsi № 000932.
• DDS və DMD elmi dərəcələrinin AR Təhsil Nazirliyi təsdiqlənməsi Şəhadətnaməsi № 000753
Dr. Fərid Zeynalov
Dr. Fərid Zeynalov Bakıda estetik və bərpaedici stomatologiya sahəsində ixtisaslaşmış, 26 ildən artıq praktiki klinik təcrübə malik və beynəlxalq səviyyədə tanınan bir diş həkimidir. Ankara Universitetinin Stomatologiya Fakültəsinin məzunudur (1993–1999). Ciddi sterilizasiya (Class-B standartları), xəstə təhlükəsizliyi protokolları (“anti-şok” paket) və dünyanın ən yaxşı materiallarından istifadə ilə tanınır. Xəstələr onun dəqiqliyini, sakit yanaşmasını, müayinədən sonrakı qayğısını və stomatologiyanı mükəmməllik “brendi” kimi görməsini yüksək qiymətləndirir. Onun işində əsas amil dişlərə minimal zərər vurmaqla təbii, uzunmüddətli və yüksək estetik nəticələr əldə etməkdir.
- Təhsil: Ankara Universiteti Stomatologiya fakültəsinin məzunudur (1993–1999) – diplom №1938
- Üzvlüklər: Amerika Stomatologiya Assosiasiyasının (ADA) üzvü olmaqla yanaşı, 16 aparıcı beynəlxalq elmi cəmiyyətin fəal üzvüdür.
- Təkmilləşmə: 120-dən çox beynəlxalq konqres, seminar və kursların iştirakçısı, 90-dan çox diplom və sertifikatın sahibidir.
- Ankara Üniversitesi Sürekli Eğitim Merkezi (ANKÜSEM) təkmilləşmə proqramları, Harvard School of Dental Medicine xüsusi “The Advanced Graduate Education” qısa müddətli praktiki təlim, American Dental Association Continuing Education Recognition Program (ADA CERP) və California Dental Association xüsusi proqram rezidenturası iştirakçısıdır.
