30 iyun 2012 tarixində, Ambassador Otelinin konfrans zalında İmplant-Assistant cərrahi şablon sisteminin təqdimatı keçirildi. “3D modellər üzərində implant əməliyyatı planlamaları və cərrahi şablonların tətbiqi” mövzusundaki təqdimatında dr. A.Y. Remov implantalogiyada köməkçi vasitə olan cərrahi şablonlar haqqında ümumi bilgi verdikdən sonra, Implant-assistant layihəsi haqqında məlumat verdi.
Implant-Assistant® kompleks proqramı dental implantasiya və çənə-üz cərrahiyyə əməliyyatlarının planlaşdırılması üçün nəzərdə tutulub. Kompleks Implant-Assistant Planner, Implant-Assistant CT və Implant-Assistant Guide modulindən ibarətdir. Implant-Assistant CT əməliyyatların planlaşdırılmasına lazım olan məlumatları hazırlamaq üçün nəzərdə tutulmuşdur. Implant-Assistant Planner əməliyyatların planlaşdırılması və mümkün olan nəticələrin təhlili üçün həkimin əsas alətidir. Implant-Assistant Guide cərrahi və implantoloji Implant-Guide® şablonunu proyektləşdirir.
Kompüter tomoqrafiyası müayinə vasitəsi ilə əldə olunan və DICOM formatlı fail dəsti kimi təqdim edilən akseal kəsiklər silsiləsi Implant-Assistant® kompleks proqramının əsas məlumat mənbəyi dir. Implant-Assistant CT modulu əməliyyatların planlaşdırılması üçün kəsiklərin görüntüsü, kəsiklərin boşluqda istiqaməti və vəziyyəti, görüntü icazəsi, müayinənin tarixi və s. kimi zəruri olan DICOM fail məlumatlarını yaradır və əldə edir. Götürülən məlumatlar proqramın daxili formatına uyğun dəyişdirilir. İstifadəçi sahələri ayıran və üçölçülü modelləri hesablayan alətlərin köməyi ilə, çənə,dişlər,yumşaq toxumalar,protez və s. kimi əməliyyatların planlaşdırılmasında gələcəkdə lazım olan obyektləri yaradır.
Əməliyyatların planlaşdırılmasında bütün lazım olan alət dəstini özündə cəm edən hazırlanmış məlumatlar Implant-Assistant Planner moduluna yüklənir.
Əmaliyyatların planlaşdırılması başa çatdıqdan sonra məlumatlar İmplant-Assistant Planner modulu ile yüklənir. Bu modul cərrahi,implantoloji Implant-Guide® şablonu və gələcək prototipləşdirilmə üçün STL formatında üçölçülü modelləri ixrac etməyə imkan verir.
Implant-Guide® planlaşdırılmış vəziyyətdə implantın dəqiq qoyulması üçün dental implantasiya əməliyyatında həkim tərəfindən istifadə olunur. Implant-Guide® istifadəsi yerin,dəlik açmağın istiqamət və dərinliyinin səhvini və implantların quraşdırılmasında sümük üstlüyünün laylanmasının baş verməsini istisna edir. Implant-Guide® əməliyyatın keçirilmə müddətinin kifayət qədər qısaldılmasına və onun zədə almasının azaldılmasına kömək edir.
- Ətraflı məlumat və qeydiyyat – www.implant-assistant.az