ağ diş

Dişlərin ağardılması

dişləri ağardmaq necə olar
dişlərin ağardılması bəyazladılması
Dişlərin ağardılmasının iki növü mövcuddur: kabinetdə (aparatla, kabinet ağardılması) və evdə (qeyri-peşəkar, ev ağardılması). Peşəkar ağardılma həkim nəzarəti altında aparılır, xüsusi izolyatorlardan, ayrıca gellərdən və aktivatorlardan istifadə olunur. Aktivatorlar qismində, yəni kimyəvi reaksiyaları sürətləndirən vasitələr kimi ultrabənövşəyi şüalanma, lazer şüalanması, istilik (infraqırmızı şüalanma) və xüsusi kimyəvi birləşmələr (katalizatorlar) çıxış edə bilər. Hazırda ən çox yayılmış və səmərəli metod LED lampalardan ("soyuq işıq" adlandırılan) və kimyəvi aktivləşən gel qarışıqlarından istifadə etməklə fotoağartmadır. Ağardıcı gellərin tərkibində müxtəlif konsentrasiyalarda karbamid peroksid (Carbomide Peroxide) və hidrogen peroksid (Hydrogen Peroxide) vardır. Bakıda tez-tez istifadə olunan üsullar Luma cool və ZOOM aparatları ilə ağartmadır.
Ev şəraitində ağardılma zamanı əhəmiyyətli dərəcədə az konsentrasiyalı aktiv maddələrə malik xüsusi kappalardan (dişlərə geydirilmiş qoruyucu və depozit funksiyasını yerinə yetirən plastinkalardan) istifadə edilir. Kappalar hər bir pasiyent üçün xüsusi olaraq hazırlanır və onun dişlərinə və diş cərgələrinə tam şəkildə uyğun gəlir. Həmçinin də ev şəraitində minimal güclü LED aktivatorlarından istifadə edən modifikasiya olunmuş ağartma sistemləri mövcuddur. Ancaq əlbəttə ki onlar peşəkar ağartma metodlarından daha az effektlidir.
Çox zaman bu metodların hər ikisindən (kabinet və ev şəraitində ağartma) eyni zamanda istifadə olunur. Yeri gəlmişkən, daha çox effektli ağardılma məhz o zaman müşahidə edilir. Biz öz təcrübəmizdə kimyəvi peşəkar ağartma metodikasını tətbiq edirik, belə ki o daha sadə və effektli ağartma üsuludur. Bizim tərəfimizdən daha təhlükəsiz, daha çox ağartma effektinə malik və sürətlə təsir göstərən sistem olan BOOST sistemindən istifadə olunur. Zərurət yarandığı təqdirdə eləcə də Kapp və Opalescence PF preparatından istifadə etməklə kombinasiya edilmiş (kabinet və ev şəraitində ağartma) ağartma tətbiq olunur.
Aşağıdakı nüanslara diqqət yetirmək mütləq vacibdir:
  • Ağartmanın yalnız faktiki olaraq sağlam, zədələnməmiş dişlər üzərində, yəni heç bir nöqsanı (kariyes, emal təbəqəsinin aşınması, qopuqlar, çatlar və sair) olmayan dişlərə tətbiq edilməsi tövsiyə olunur. Əgər dişlərdə plomb vardırsa, ağartma prosedurundan sonra onları dəyişdirmək məsləhət görülür. Əgər mövcud olan plomblarda nöqsanlar vardırsa və yaxud onlar qənaətbəxş səviyyədə deyilsə, o zaman ağartmanın tətbiq edilməsi ümumiyyətlə məsləhət deyil, çünki hiperhəssaslıq və pulpit (diş özəyinin iltihabı) əmələ gəlməsi riski çox böyükdür.
  • Paradontozun mövcudluğu da dişlərin ağardılması prosedurunun həyata keçirilməsi üçün əks göstəriş hesab edilir. Əgər qinqivit vardırsa, o zaman dişlərin ağardılmasına qədər tamamilə müalicə olunmalıdır.
  • Ağartma prosedurunun aparılmasından öncə mütləq dişlərin peşəkar təmizlənməsi (ultrasəs skelinq, hava ilə təmizləmə) həyata keçirilir, yəni diş daşları və bakterial təbəqə tamamilə kənarlaşdırılır.
  • Seanslar nə qədər çoxdursa, ağartma o qədər uzun və yavaş aparılır — əmələ gələn effekt daha uzundur və davamlı nəticə də daha çox müddətədir.
  • Dişlərin ağardılmasından sonra həssaslığın aradan qaldırılması və mənfi təsirlərin qarşısının alınması üçün bir neçə seans remineralizasiya həyata keçirmək lazımdır.
metalsız koronka estetik emax
  • Birinci mərhələdə bütün dişlər ultrasəs cihazı vasitəsiylə diş daşı və ərpdən təmizlənilir, air-flow üsuluyla dişlərin arası və diş əti cibləri təmizlənilir, dişlər fırçalar və xüsusi parladıcı pastalarla cilalanır.
  • Daha sonra dişlər xüsusi ağardma gelləri vasitəsiylə ağardılır. Ağardılma həkim nəzarəti altında 20-40 dəqiqə arasında həyata keçirilir. Ehtiyac olduğu halda, bir necə gün sonra, ağardılma prosedurası təkrarlana bilər.
  • Dişlər xüsusi qoruyucu lak ilə örtülərək həssaslıqdan qorunur.
Təqdim olunan diş müalicəsi nümunələrinin hamısı ancaq dr. Fərid Zeynalov tərəfindən həyata keçirilib.

Sual-cavab

Peşəkarcasına həyata keçirildikdə və istifadə olunan preparatın seçimi düzgün olduqda dişlərin ağardılması tamamilə ziyansızdır. Əmələ gələn cüzi həssaslıq normal hesab edilir və yerli həssaslığı azaldan preparatlarla aradan götürülür. Bundan başqa, yuxarıda qeyd olunduğu kimi, remineralizasiya edən vasitələrdən istifadə bütün riskləri tamamilə aradan qaldırır.
Dişlərin ağardılması kosmetik (imic) prosedurdur və buna görə də yalnız pasiyentin istəyinə görə həyata keçirilir. Biz onu ildə bir dəfədən tez olmamaqla tətbiq etməyi məsləhət görürük. Ancaq profilaktiki təmizləməni yaxşı olar ki hər 6 aydan bir aparasınız.
Əlbəttə ki, hər şey çox fərdidir və həm ağız boşluğunun gigiyenasından, həm də dişlərin ilkin vəziyyətindən asılıdır. Normal şərtlər daxilində dişlərin bəyazlığı 10-14 ay qalır. Buna görə də biz bu proseduru ildə bir dəfə təkrarlamağı tövsiyə edirik.
Avropa standartlarına görə ağartmanı həyata keçirməyə 14 yaşdan etibarən başlamaq olar, ancaq biz bunu yalnız 18 yaşdan yuxarı olan pasiyentlərimizdə edirik. Yuxarı yaş həddi yoxdur. Başlıcası odur ki dişlərin vəziyyəti müvafiq prosedurun həyata keçirilməsinə imkan versin.
В зависимости от степени окрашивания необходимо 1-3 сеанса. Предварительно конечно же должна быть проведена ещё и чистка (я это выделяю в отдельный сеанс, хотя можно проводить сразу же). Более подробную информацию можете получить на нашем блоге.
Dişlərdə müxtəlif növ rənqlənmələr görülə bilər. Rənqlənmə növünə və şiddətinə görə müalicəsi də müxtəlifdir. Əsasən dişlərin xüsusi ultrasəs cihazla təmizlənməsi və peroksidli jelərdən istifadə olunması yetərlidir. Bu proseduralar tamamen agrısızdır. Agır vəziyyətlərdə bu proseduralar bir neçə dəfə təkrarlana bilər.
При ультразвуковой чистке зубные камни и налёт очищаются с помощью ультразвуковых колебаний специальным аппаратом - скецлером. А air-flow это очищение специальным микропорошком, который под очень высоким давлением подаётся на поверхность зуба. При этом очищение более тщательное, т.к. порошок может проникать даже в те места, куда скелер не проникает. Т.е. air-flow это дополнение к ультразвуковой чистке.
Olar. Bundan ötrü xüsusi vasitələrdən istifadə olunur, hansılar ki diş boşluğuna daxil edilir və ağartma prosesi daxildən aparılır. Daha öncə doldurulmuş diş kanalı açılır, xüsusi ağardıcı preparat yerləşdirilir və diş bir neçə günlük müvəqqəti plombla örtülür. Həmin prosedur bir neçə dəfə, arzu edilən nəticənin əldə olunmasına qədər aparıla bilər. Ağartmanın bitməsindən sonra diş tamamilə plomblanır.
Apteklərdə və marketlərdə satılan ağardıcı pastalar, gellər, karandaşlar, laklar və digər oxşar vasitələr əlbəttə ki peşəkar vasitələrdən daha az effektlidir və əksər hallarda isə ümumiyyətlə effektli deyildir. Onlarda aktiv ağardıcı maddələrin konsentrasiyası çox aşağıdır və parlaqlıq effekti əldə olunmur. Ağardıcının konsentrasiyasının çox olduğu halda isə düzgün olmayan istifadə və dişlərə ziyan yetirilməsi riski mövcuddur.
Əgər plomblar yaxşı keyfiyyətdədirsə və heç bir zədəsi yoxdursa, ağartma prosedurundan sonra onları yeniləri ilə əvəzləmək lazımdır. Əgər mövcud plomblar qənaətbəxş səviyyədə deyilsə və dişlərdə nöqsanlar vardırsa, o zaman bu köhnə plombları çıxartmaq, diş boşluğunu yaxşıca müvəqqəti plombla hermetikləşdirmək, daha sonra ağartma və həssaslığın aradan qaldırılması üçün bütün prosedurları həyata keçirmək və artıq bundan sonra dişləri daimi plomblarla bərpa etmək lazımdır. Yekun tamamlayıcı mərhələ kimi dişlərin remineralizasiyası həyata keçirilir.
Bəzi hallarda (tetrasiklinlə boyama, flyuoroz, idiopatik boyama, iatrogen boyama və sair) ağartmanın effektivliyi həqiqətən də cüzi olur. Bu halda mikroabraziya, laminasiya və estetik protezləşdirmə kimi daha radikal metodlar tətbiq edilir.
Sualınız var?